DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR Nümunə Maddələri

DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR. Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə;
DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR. “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərti ilə; Sığortalanmış binanın içindəki su çənlərinin, su borularının, qızdırıcı sistemin kolonka, radiator və borularının, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması və donmasına görə dəyən zərər: Yağış sularının, qar və buzların əriməsi nəticəsində yaranan suların binanın içinə axan sulara görə dəyən zərərlər; Bağlanması unudulan su krantlarından axan sulara görə dəyən zərər; Donmasına görə qurğular və qurğularla əlaqədar cihazlara dəyən zərər və təminatın əhatə dairəsinə daxil edilmiş zərərin meydana gətirən qurğunun təmir edilməsi məqsədi ilə divarın bir hissəsinin sökülməsi və ya yenidən düzəldilməsi ilə əlaqədar çəkilən xərclər; Kanalizasiya və fosseptik su yollarından geriyə daşan çirkli sulara görə dəyən zərərlər; Şəhər su şəbəkəsinin nasazlığına görə axan və ya xxxxx xxxxxxx vurduğu zərərlər. Yuxarda göstərilən su qurğularına daim nəzarət edilməsi, vaxtı-vaxtında lazımı qaydada təmir edilməsi və qış fəslinin əvvəlində donmaya qarşı lazımi tədbirlərin görülməsi, habelə xxxx xxxx müddətə boş qalarsa, su qurğusuyla əlaqədar su kranlarının bağlanacağını və qurğulardakı suyun boşaldılacağını, sığortalı tərəfindən öz ohdəsinə götürməsi müqaviləyə əlavə şərt kimi qeyd olunur. Suyun donması nəticəsində baş verən hallar istisna olmaqla, qurğu və qurğuyla əlaqədar cihazların xarab olması, aşınması və köhnəlməsindən dəyən zərərlər; Pəncərə boşluqlarından, dama qoyulmuş gözlüklərdən və ya açıq qoyulmuş yerlərdən içəri axan sulara görə dəyən zərərlər; Qar və buzların təmizlənməsinə görə çəkilən xərclər. Daxili suyun vurduğu zərərə görə sığorta təminatı sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən SığortasıQaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.

Related to DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;