Digər şərtlər. 8.1 Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir və xidmət təhvil verilənədək qüvvədədir.
8.2 Bu Müqavilə Azərbaycan dilində iki nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi Təhsilalanda, digər nüsxəsi isə Universitetdə saxlanılır və hər ikisi eyni hüquqi qüvvəyə malikdir.
Digər şərtlər. 21.1. Bank hesabı və ödəniş kartı üzrə:
21.1.1. Hesabının açılmasına dair müvafiq Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müvafiq Müqavilə, o cümlədən hazırkı Standart Şərtlər üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalır.
21.1.2. Müvafiq Müqavilə Müştərinin və ya səlahiyyətli nümayəndəsinin ərizəsi üzrə istənilən vaxt ləğv edilir.
21.1.3. ABB aşağıdakı hallarda müvafiq Müqaviləni ləğv edə və bank hesabını bağlaya bilər:
21.1.3.1. Müştəri Hesab üzrə azı 1 (bir) il ərzində əməliyyat aparmadığı təqdirdə;
21.1.3.2. Müştərini 30 (otuz) təqvim günü əvvəlcədən xəbərdar etməklə ABB tərəfindən müəyyən edilən bankdaxili nəzarət qaydalarına müvafiq olaraq;
21.1.3.3. Müştəri tərəfindən hesabdan çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və fırıldaqçılıq (fraud) əməliyyatlarının aparılması və s. qeyri-qanuni bu kimi məqsədlər üçün istifadə edilməsi müəyyən edildikdə və ya bununla bağlı şübhələr olduqda və ya belə şübhə üçün kifayət qədər əsaslar yarandıqda;
21.1.3.4. Standart Şərtlərdə, müvafiq Müqavilədə və qanunvericilikdə qeyd edilən sənədlər və/və ya məlumatlar Müştəri tərəfindən təqdim edilmədikdə;
21.1.3.5. Müştərinin ölümü barədə ABB-ə rəsmi yazılı məlumat daxil olduqda;
21.1.3.6. Müştərinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilinmədiyi və/və ya Müştəri ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduğu və/və ya Müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün olmadığı hallarda;
21.1.3.7. Müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği ABB-nin qaydaları və ya müvafiq Müqavilə ilə nəzərdə tutulmuş minimum miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ ABB-nin bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;
21.1.3.8. Bu Standart Şərtlərin 5.13-cü bəndinin tələbləri də daxil olmaqla, Standart şərtlər və onun çərçivəsində imzalanan müvafiq Müqavilə üzrə öhdəliklərin icrası Müştəri tərəfindən pozulduqda;
21.1.3.9. Qanunvericilikdən irəli gələn digər hallarda.
21.1.4. Müvafiq Müqavilənin ləğv edilməsi Müştərinin Xxxxxxxxx/Kart hesabının bağlanması üçün əsasdır.
21.1.5. Müvafiq Müqavilə ləğv edildikdə ABB Hesabdakı pul vəsaitinin qalığını Müştəriyə verir və ya Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) təqvim günü keçənədək başqa hesaba köçürür. Hesabın qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməl...
Digər şərtlər. 11.1. Bu Müqaviləyə və ya əlavə razılaşmalarda hər-hansı bir əlavə və dəyişikliklər yalnız Tərəflərin qarşılıqlı yazılı (hər iki Tərəfin imza və möhürləri ilə) razılıqları ilə еdilə bilər.
11.2. Bu Müqavilənin bütün əlavələri onun ayrılmaz tərkib hissəsidir. Müqavilənin əsas mətni və onun əlavələrin mətnləri arasında hər-hansı uyğunsuzluq aşkar olunarsa, Müqavilənin əsas mətninə üstünlük veriləcək.
11.3. Bu Müqavilə üzrə istənilən Tərəfin hüquq və öhdəliklərinin üçüncü tərəflərə ötürülməsinə yalnız Müqavilənin digər Tərəfinin yazılı razılığı olduqda yol verilir.
11.4. Bütün bildirişlər, yazışmalar və s. yazılı şəkildə aşağıda göstərilən ünvanlara qеydiyyatdan kеçmiş məktubla, şəхsi çatdırılma yоlu ilə və ya əlavə razılaşmalarda göstərilən elektron poçt vasitəsi ilə göndərilir.
11.5. Bu Müqavilənin qüvvədə olduğu müddətdə aşağıda göstərilən ünvanında və rekvizitlərində dəyişikliklər baş vermiş Tərəf bu barədə digər Tərəfi 3 (üç) iş günü müddətində yazılı formada xəbərdar etməlidir.
11.6. Müqavilə hər bir Tərəfə 1 (bir) əsl nüsхəsi təqdim еdilməklə 2 (iki) еyni əsl nüsхədə Azərbaycan dilində tərtib еdilmişdir.
Digər şərtlər. 9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir. 9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır. 9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə ali təhsil müəssisəsində saxlanılır.
Digər şərtlər. Sığorta müqaviləsi imzalanarkən sığorta obyektinin və sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
Digər şərtlər. 5.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir.
5.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi kollecdə bir nüsxəsi isə müəssisədə saxlanılır.
5.3. Bu müqavilə tarixdən tarixədək müddətinə bağlanılır.
Digər şərtlər. Bu Müqavilə azərbaycan və fransız dillərində eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunmuşdur və Tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
Digər şərtlər. Müştəri Müqavilə əsasında Banka verdiyi məlumatların dəqiqliyinə və tamamlığına cavabdehdir. Müştərinin Müqavilədə və ya digər sənədlərdə göstərilən, yaxud şifahi olaraq Banka bildirdiyi istənilən məlumatı (ad, soyad, ata adı, ünvan, elektron poçt ünvanı, mobil telefon nömrəsi, nömrə eyni qalmaqla mobil operatoru və s.) dəyişdikdə, Müştəri bu barədə dərhal Bankı məlumatlandırmalıdır. Bankın Müştəriyə xxxx bildirişləri, xəbərdarlıqları və digər sənədləri Müştərinin Banka təqdim etdiyi və müvafiq Razılaşmalarda göstərilən ünvan, elektron poçt ünvanı və ya mobil telefon nömrəsinə çatdırılır. Bu ünvan, elektron poçt ünvanı və ya mobil telefon nömrəsinə göndərilmiş bildirişlər, xəbərdarlıqlar və digər sənədlər Müştəriyə çatdırılmış hesab olunur. Müştərinin bu məlumatlarında dəyişiklik olduqda və Müştəri Bankı bu barədə dərhal xəbərdar etmədikdə, sonuncu məlum xxxx ünvan, elektron poçt ünvanı və ya mobil telefon nömrəsi üzrə göndərilmiş müraciətlər Müştəriyə çatdırılmış hesab olunur.
Digər şərtlər. Müqavilə Tərəflər arasında imzalandığı gün qüvvəyə minir və akkreditasiya attestatının qüvvədə olma müddətində etibarlıdır və hüquqi qüvvəyə malikdir. Müqavilə Azərbaycan dilində Tərəflərin hər biri üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib olunur və təsdiq olunmuş nüsxələrdən birinin İcraçıda, digərinin isə Sifarişçidə olması vacibdir. Tərəflər bəyan edirlər ki, bu Müqavilə üzrə üzərilərinə götürdükləri öhdəliklərin icrası onların iradə ifadələrini əks etdirir və qanunvericiliklə müəyyən edilmiş qaydalarla ziddiyyət təşkil etmir. Tərəflər bu Müqavilə üzrə yaranan mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə aradan qaldıracaqlar, bu mümkün olmadıqda aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. Müqaviləyə dair sənədləri elektron poçt və ya faksla göndərmiş Tərəf, sonrakı 10 (on) təqvim günü ərzində müvafiq sənədin əslini digər Tərəfə göndərməlidir. Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər yazılı şəkildə tərtib edilib hər iki Tərəfdən imzalandıqdan sonra hüquqi qüvvəyə minir. Müqavilədə nəzərdə tutulmayan digər hallarda Tərəflər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini əsas götürürlər.
Digər şərtlər. 7.1. Bu Müqavilənin şərtlərini operativ həll etmək üçün dəyişikliklər və digər imzalanmış sənədlərin elektron daşıyıcılar vasitəsilə icra edilməsi barədə Tərəflər qarşılıqlı razılığa gəlirlər. Bu halda sənədlərin əsli 10 gün müddətində Tərəflərə təqdim edilməlidir.
7.2. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 əsl nüsxədə tərtib edilmişdir. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə xxxxx xxxx bir nüsxə verilir.