Common use of SIĞORTAÇININ MƏSULİYYƏT HƏDDİ (SIĞORTA MƏBLƏĞİ) Clause in Contracts

SIĞORTAÇININ MƏSULİYYƏT HƏDDİ (SIĞORTA MƏBLƏĞİ). 3.1. Sığorta məbləği tərəflərin razılığı əsasında sığorta müqaviləsində müəyyən olunur. Sığorta müqaviləsi bağlanarkən tərəflərin müəyyən etdiyi sığorta məbləği, bir qayda olaraq, Sığortalıya məxsus əmlakın onun olduğu yerdə, sığorta müqaviləsinin bağlandığı günə malik olduğu dəyərdən, eləcə də 2№-li Əlavənin 1,4 və 5-ci Bölmələrində sadalanan sığorta hadisələrinin baş verəcəyi təqdirdə bunlarla əlaqədar sığortalının məruz qala biləcəyi mümkün ziyanın məbləğindən artıq ola bilməz. Sığorta müqaviləsi 2№-li Əlavənin bir necə Bölmə (№ 1-6) əsasında bağlanarsa, bu halda sığorta məbləği hər bir əmlak və risk üzrə ayrılıqda, haqqında sığorta müqaviləsi bağlanan sığorta predmetlərinin sığorta dəyəri nəzərə alınmaqla müəyyən edilir.

Appears in 4 contracts

Samples: www.xalqsigorta.az, Mali̇yyə Ri̇skləri̇ni̇n Siğortasinin Qaydalari, insure.az