SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR Nümunə Maddələri

SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR. Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə: Mühərrikli və mühərriksiz su nəqliyyatı vasitələrinin sığortalı predmetlərə dəyməsinə görə dəyən zərər sığorta təminatına daxil edilir. Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan su nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka vurduğu zərər sığorta təminatına daxil edilmir. Su nəqliyyatı ilə vurulan zərərə görə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR. Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə; ⮚ Mühərrikli və mühərriksiz su nəqliyyatı vasitələrinin sığortalı əmlaklara dəyməsinə görə dəyən zərərlər sığorta təminatına daxil edilir. ⮚ Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan su nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.

Related to SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;