Əqli mülkiyyət hüquqlarının qorunması Nümunə Maddələri

Əqli mülkiyyət hüquqlarının qorunması. 1. Tərəflərin Əqli Mülkiyyət Hüquqları, öz sərhədləri daxilində istehsal hüquqları, istehsal lisenziyasının verilməsi, Üçüncü Tərəflərə satışı, birgə layihələr çərçivəsində həyata keçiriləcək kəşflər, yeni məhsullara aid patentlərin qorunması və texnologiya ötürülməsi ilə əlaqədar hüquq və öhdəlikləri hər bir layihə üçün bağlanacaq tətbiq sazişləri ilə müəyyən ediləcəkdir. Tərəflərin bu Saziş çərçivəsində yaradılan və ötürülən əqli mülkiyyət hüquqlarının qorunması milli qanunvericiliklərinə və əqli mülkiyyət sahəsində qoşulduqları beynəlxalq müqavilələrə uyğun təmin ediləcəkdir. Bu Sazişin mətnində istifadə olunan “əqli mülkiyyət” anlayışı Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən 1967-ci il 14 iyul tarixində Stokholmda imzalanmış Konvensiyanın 2-ci maddəsində göstərilən mənada başa düşüləcəkdir.

Related to Əqli mülkiyyət hüquqlarının qorunması

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.