We use cookies on our site to analyze traffic, enhance your experience, and provide you with tailored content.

For more information visit our privacy policy.

Məqsəd Nümunə Maddələri

Məqsəd. Bu Sazişin məqsədi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinə veriləcək pilotaj təlimləri ilə bağlı prinsip və öhdəlikləri müəyyənləşdirməkdir.
Məqsəd. Bu Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və xxxx əməkdaşlığı davam etdirməkdir.
Məqsəd. Bu Sazişin məqsədi Tərəflər arasında müdafiə təyinatlı mal və xidmətləri təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə Tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirərək müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.
Məqsəd. Bu Sazişin məqsədi Türkiyə Respublikası Hökuməti tərəfindən Azərbaycan Respublikası Hökumətinə maliyyə əməkdaşlığına əsasən Türkiyə Respublikasının milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təxsisatları çərçivəsində illər üzrə ayrılacaq, ümumilikdə 200.000.000 (iki yüz milyon) Türk lirəsinin ekvivalenti ABŞ dollarının ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul xxxx yerli şirkət və müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir.
Məqsəd. Bu Anlaşma Memorandumunun məqsədi Təlimlə bağlı hazırlıq və onun keçirilməsi çərçivəsində Təlimdə iştirak etmək üçün ESÖ-də xxxx GÖ-nün bölmə/şəxsi heyətinə təmin ediləcək dəstəklə bağlı metod və Tərəflərin cavabdehliklərini müəyyənləşdirməkdir.
Məqsəd. Bu Anlaşma Memorandumunun məqsədi sənayenin inkişafı, elm, texnologiya, tədqiqat, inkişaf, innovasiya və sahibkarlıq sahələrində öz ümumi məqsədlərinə çatmaq məqsədi ilə Tərəflər arasında əməkdaşlıq üçün birgə çərçivənin müəyyən edilməsinin əhəmiyyətini xüsusi qeyd etməkdir.
Məqsəd. Bu Çərçivə Sazişinin məqsədi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan dəmir yollan ilə İran dəmir yollarının əlaqələndirilməsidir. Tərəflər dəmir yollarının əlaqələndirilməsi üçün milli qanunvericiliklərinə və dövlətlərinin beynəlxalq öhdəliklərinə uyğun olaraq aşağıdakıları həyata keçirəcəklər: Azərbaycan Respublikasının ərazisində Astara dəmir yolu stansiyasından İran İslam Respublikasının sərhədinə kimi 8.3 km dəmiryolu xəttinin tikintisini; İran İslam Respublikasının ərazisində Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin yekunlaşdırılması və Rəşt-Astara marşrutunda təqribən 164 km dəmir yolu xəttinin tikintisini; Azərbaycan Respublikası və İran İslam Respublikasının ərazisində yükbo- şaltma-yükdoldurma terminallarının tikintisini, terminallardan istifadənin və iqtisadi fəaliyyətin təmin edilməsini, eləcə də terminallardan istifadə qaydalarının razılaşdırılmasını; Azərbaycan Respublikasının və İran İslam Respublikasının ərazisində sərhəd keçid stansiyalarının tikintisini; Tərəflər arasında Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası) dəmir yolu keçidi üçün qarşılıqlı istismar qaydaları haqqında sənədin hazırlanmasını və imzalanmasını; Bakı-Astara-Rəşt-Qəzvin-Təbriz-Culfa-Naxçıvan marşrutu üzrə sərnişin və xxx daşımaları üçün şəraitin yaradılmasını; Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının hərəkətinin açılmasını; Astaradan (İran) Azərbaycan ərazisindən keçməklə dəmir yolları vasitəsilə digər ölkələrə sərnişin və xxx daşımaları üçün şəraitin yaradılmasını.
Məqsəd. (a) Borcalan ona İxrac Krediti üzrə təqdim olunmuş bütün məbləğlərdən Layihənin maliyyələşdirilməsi məqsədilə istifadə etməlidir; İxrac Krediti üzrə hər bir Tranş 2.1-ci maddəyə (Kreditlər) uyğun olaraq maliyyələşdirilən müvafiq Sahə ilə əlaqələndirilməlidir; İxrac Krediti çərçivəsində müvafiq Tranş üzrə əldə edilmiş hər bir məbləğ yalnız (1) belə Tranş vasitəsilə maliyyələşdirilən Sahə üzrə İxrac Qiymətinin maliyyələşdirilməsi üçün, (2) belə Tranş vasitəsilə maliyyələşdirilən Sahə üzrə Kontrakt Qiymətinin 15%-ni təşkil edən Yerli Qiymətin maliyyələşdirilməsi üçün və (3) belə Tranş vasitəsilə maliyyələşdirilən Sahə üzrə ixrac risklərinə dair sığorta polisi çərçivəsində EGAP tərəfindən əldə edilən sığorta məbləğinin 85%-nin maliyyələşdirilməsi üçün istifadə olunmalıdır; (b) Borcalan Kommersiya Krediti çərçivəsində əldə edilən bütün məbləğlərdən (İxrac Krediti vasitəsilə maliyyələşdirilməyən) Layihənin maliyyələşdirilməsi məqsədilə istifadə etməlidir. Kommersiya Krediti üzrə hər bir Tranş 2.1-ci maddəsinə (Kreditlər) uyğun olaraq maliyyələşdirilən müvafiq Sahə ilə əlaqələndirilməlidir; Borcalan üç Xxxxx Tranşının hər biri çərçivəsində əldə edilmiş bütün məbləğləri yalnız müvafiq Xxxxx Tranşlarına aidiyyəti xxxx Sahələr üzrə Kontraktlarla nəzərdə tutulmuş xxxxx ödənişlərinin yerinə yetirilməsinə yönəltməlidir.
Məqsəd. Tərəflər öz milli qanunvericiliklərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində ailə, qadın və uşaq məsələləri sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcəklər.
Məqsəd. Bu Protokolun məqsədi Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 165.000 (yüz altmış beş min) ABŞ dolları məbləğində pul yardımının tətbiqetmə əsaslarım müəyyən etməkdir.