ÜMUMİ MÜDDƏALAR
ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏT SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında»
Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1. Bu Qaydalar üzrə sığorta predmeti sığortalının üçüncü şəxslərin əmlakına, həyatına və sağlamlığına vurduğu zərərlə xxxxx xxxxx məsuliyyətinin yaranması halıdır.
1.2. Bu sığorta Qaydaları ilə sığortaçı sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyana dəyməsinə görə sığortalının üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir.
Sığortalı hüquqi şəxsdirsə, sığortalının işçilərinin, vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərin hərəkətləri də sığortalının hərəkətlərinə aid edilir.
1.3. Bu Qaydalarla müəyyən olunan sığorta növü ümumi mülki məsuliyyətin sığortası sinfinə aiddir.
2. SIĞORTANIN ƏRAZİSİ
Sığorta, Azərbaycan Respublikası ərazisində qüvvədədir.
3. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL
EDİLƏN ZƏRƏR
Sığortalı mülkiyyət sahibi və ya işin icraçısı kimi təmsil edilmişdirsə, sığorta şəhadətnaməsində onun daşınmaz mülkiyyətində xxxx əmlak kimi qeyd olunmuş və yaxud görülən iş zamanı istifadə olunan liftin və ya montaj avadanlıqlarının üçüncü şəxslərə vuracağı itki və ziyan əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə bilər.
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏR (İSTİSNALAR)
4.1. Aşağıda göstərilən hallar nəticəsində ortaya çıxan itki və ziyanla bağlı tələblər sığorta təminatına daxil edilmir:
4.1.1 Qəsdən və ya şüurlu hərəkətlər;
4.1.2 Hər hansı bir müqavilənin şərtlərinə və ya xüsusi anlaşmaya əsaslanaraq sığortalının qanuni məsuliyyət həddini aşması.
4.1.3 Sığorta hadisəsi zamanı sığortalıya xidmət göstərən və ya əmək müqaviləsi ilə xxxxx xxxx şəxslər, həmçinin sığortalının ailə üzvləri tərəfindən irəli sürülən tələblər.
4.1.4. Bu maddəyə görə sığortalının həyat yoldaşı, valideynləri və onların övladları (sığortalının övladlığa götürdüyü şəxslər və onu övladlığa götürən şəxslər də daxil olmaqla) sığortalı ilə bir yerdə yaşayan qardaş-bacıları, kürəkənləri, gəlinləri və onun himayəsində xxxx digər qohumları, sığortalının həyat yoldaşının valideynləri və övladları qardaş və bacıları sığortalının ailə üzvü sayılır.
Sığortalı hüquqi şəxsdirsə, onun qeyri-məhdud məsuliyyətli səhmdarları və onların yuxarıda göstərilən ailə üzvləri tərəfindən irəli sürülən tələblər də sığorta təminatına daxil edilmir;
4.1.5. Mühərrikli nəqliyyat vasitələri və onlara qoşulan yedəklər, mühərrikli velosipedlərin (mopedlərin) və hər növ hava nəqliyyat vasitələrini idarə edənlər və ya sahiblərinə qarşı irəli sürülən tələblər;
4.1.6 Məşqlər də daxil olmaqla, avtomobil, motosiklet, velosiped, dəniz nəqliyyat vasitələri ilə bağlı yarışlarda, at, boks, güləş üzrə yarış və müsabiqələrdə iştirak ilə əlaqədar itki və ziyan;
4.1.7. Müharibə, üsyan, iğtişaş, tətil və bunların yatırılması və ya qarşısının alınması məqsədilə keçirilən inzibati və ya hərbi tədbirlər;
4.1.8. Zəlzələ, sel, su basması, qar uçqunu, vulkan püskürməsi, partlayış, yanğın, duman, his, buxar, su, çürümə və ya rütubətin nəticəsi;
4.1.9. Üçüncü şəxslərə aid olub sığortalının ailə üzvlərinə, işçilərinə borc, kirayə, mühafizə, təmir, istifadə və ya hər hansı bir başqa məqsəd üçün verilmiş, onların nəzarətləri altında xxxx mallarla əlaqədar;
4.1.10. Sığortalı, onun işçiləri və yaxud sığortalının adından çıxış etməyə səlahiyyəti xxxx şəxslər tərəfindən emal və ya istifadə edilən, əşyalara və ya bu əşyalarla funksional əlaqəsi xxxx texniki cihaz və qurğulara işin qüsurlu aparılması ilə əlaqədar dəyən itki və ziyan;
4.1.11 Sığortalının işçilərinin çalışdıqları bina və əraziyə vurduqları itki və ziyan;
4.1.12 Terrorizm və sabotaj;
4.1.13 Asbest, silisium oksidi;
4.1.14. Mobil rabitə avadanlığı üzrə radiasiya, elektron maqnit dalğaları, elektron məlumat bazasının tanınması;
4.1.15. Müqavilə üzrə məsuliyyət, kəsişən məsuliyyət maddəsi, xalis maliyyə zərərləri,
cərimə və ya cəzalandırıcı tədbirlər, təchizat uğursuzluğu; məhsul və bitirilmiş əməliyyata dəyən zərər;
4.1.16. Gözlənilməz və təsadüfi vaxt elementi çirklənməsi;
4.1.17. Sığortalıya icarəyə verilmiş əmlaka dəyən yanğın zərəri;
4.1.18. Peşə məsuliyyəti;
4.1.19. Hər hansı nüvə partlayışı, radiasiya, radiaktiv çirklənmələr və bunlarla əlaqədar görülən hərbi və inzibati tədbirlər.
4.2. Hər hansı bir istisna əlavə sığorta haqqı ödənilməklə təminata daxil edilə bilər.
5. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 2400-da başlayır və saat 2400-da xxxx xxxxx.
6. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
6.1 Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
6.2. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
6.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda, sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
6.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on
beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
6.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi qüvvəsini itirir.
7. SIĞORTALININ SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirməlidir. Sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması hallarında:
7.1 Sığortalının bu hərəkəti qəsdən etdiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməz. Belə xxxx xxxxx sığortaçı ödənilmiş sığorta haqqını qaytarmaya bilər;
7.2 Sığortalının bu hərəkəti qəsdən etmədiyi müəyyən olunarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər və ya sığorta şəhadətnaməsinin şərtlərini dəyişdirə, yaxud əlavə sığorta haqqı almaqla sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
Əgər sığortalı şəhadətnamənin şərtlərinin dəyişdirilməsinə və ya əlavə sığorta haqqının ödənilməsinə razı olmazsa, sığorta şəhadətnaməsi bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə onun bu haqda sığortalıya sifarişli məktubla məlumat göndərdiyi tarixdən etibarən 15 iş günündən sonra saat 24.00-da qüvvəyə minir;
7.3 Vaxtında istifadə olunmayan ləğvetmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşür;
7.4 Sığortalının hərəkətinin qəsdən edilmədiyi hallarda, əgər sığorta hadisəsi sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl və ya sığortaçının sığorta şəhadətnaməsinin ləğv olunmasını tələb edə biləcəyi müddət ərzində və yaxud şəhadətnamə ləğv edilmiş hesab olunana qədər keçən müddət ərzində baş verərsə sığortaçı, ödənişi ödənilən sığorta haqqı ilə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbət həcmində azalda bilər.
8. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
8.1. Sığorta şəhadətnaməsi imzalandıqdan sonra sığortalanmış risk ilə bağlı sığortalının bildirdiyi hallarda dəyişiklik baş verərsə, o, sığorta hadisəsinin baş verməsi ehtimalına təsir edə bilən və ona məlum xxxx bütün dəyişikliklər haqqında sığortaçıya ən geci 8 gün ərzində məlumat verməlidir.
8.2. Sığortaçı dəyişikliyi öyrəndiyi tarixdən etibarən 8 gün ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər, şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı tələb etməklə sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
8.3. Sığortalı, 8 gün ərzində tələb edilən əlavə sığorta haqqını ödəməyəcəyini bildirdiyi təqdirdə sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
8.4. Sığortaçı tərəfindən edilən ləğv etmə onun bu haqda sifarişli məktubla xxxxx sığortalıya məlumat göndərildiyi tarixdən etibarən 15 gün sonra saat 2400-da qüvvəyə minir.
8.5. Vaxtında istifadə olunmayan ləğvetmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşər.
8.6. Sığorta riskinin başvermə ehtimalını artıran dəyişiklikləri sığortalı göstərilən müddət ərzində qəsdən bildirməmişdirsə, bu dəyişiklik baş verən andan sonra dəyən zərərə görə sığortaçı məsuliyyət daşımır.
8.7. Dəyişiklik xxxxxx başvermə ehtimalını azaldarsa və daha az sığorta haqqının alınmasını tələb edərsə, bu dəyişikliyin ortaya çıxdığı tarixdən sığorta şəhadətnaməsinin sona çatma tarixinə qədər xxxx müddət üçün sığorta haqqı gün hesabına görə hesablanır və fərq sığortalıya qaytarılır.
9. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
9.1. Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
9.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır. 9.3Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
9.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
9.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 9.1-ci və 9.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 9.3-cü və 9.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
9.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
ZƏRƏR VƏ ÖDƏNİŞ
10. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığortalı, sığorta şəhadətnaməsində göstərilən sığorta riski baş verdiyi zaman itki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədyönlü tədbirləri görməlidir. İtki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədəuyğun xərclər sığortaçı tərəfindən ödənilir.
11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1 Sığortalı onun mülki məsuliyyətinə səbəb ola biləcək sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu andan 5 gün ərzində bu haqda sığortaçıya yazılı məlumat verməlidir.
11.2 Bu məlumatda qəzanın yeri, vaxtı, səbəbləri və şəraiti haqqında, qəza nəticəsində ölən və yaralananlar, zərər çəkmiş mallar və onların sahibləri ilə bağlı məlumat dolğun və düzgün əhatə olunmalıdır.
11.3 Sığortalı zərərlə əlaqədar səlahiyyətli dövlət orqanlarının və digər şəxslərin bütün hərəkətləri haqqında sığortaçıya məlumat təqdim etməlidir.
11.4 Sığortalı, sığortaçının yazılı tələb edəcəyi bütün məlumat və sənədləri ən gec 8 gün ərzində lazım olduqda gecikmənin səbəbini izah etmək şərti ilə, sığortaçıya təqdim etməlidir.
11.5 Sığortalı itki və ziyan tələbinin araşdırılması və hüquqlarının müdafiəsi işində sığortaçıya hərtərəfli kömək göstərməlidir.
11.6 Sığortaçının rəsmi razılığı olmadan sığortalı itki və ziyan tələbini bütövlükdə və ya qismən qəbul edə bilməz habelə bununla əlaqədar hər hansı bir ödənişi həyata keçirə bilməz.
12. SIĞORTA ÖDƏNİŞİNİN MƏBLƏĞİNİN MÜƏYYƏN EDİLMƏSİ
12.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
12.2. Sığortaçı, sığorta ödənişi ilə bağlı tələb irəli sürən şəxslərlə birbaşa əlaqəyə girərək razılığa gəlmək hüququna malikdir.
12.3. İddia irəli sürüldükdə onunla əlaqədar bütün işlər sığortaçı tərəfindən həll olunur.
12.4. İddia ilə əlaqədar xərclər sığortaçı tərəfindən ödənilir.
13. ÖDƏNİŞİNİN NƏTİCƏLƏRİ
13.1. Sığortaçı ödədiyi sığorta məbləği müqabilində sığortalının təqsirkar şəxslərə qarşı ödəniş tələbi hüququna sahib olur.
13.2. Tərəflər, sığorta ödənişi tələb edilməsinə səbəb xxxx hər bir hadisədən sonra sığorta şəhadətnaməsini ləğv etmək hüququna malikdirlər. Sığortaçı ləğv etmə hüququndan yalnız sığorta ödənişini ödədikdən sonra istifadə edə bilər.
13.3. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən müqaviləyə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə
tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər.
13.6. Sığortalının ölümü ilə əlaqədar sığorta müqaviləsinə xitam verildikdə, sığortaçı müqavilə müddətinin qalmış hissəsi üçün əvvəlcədən ödənilmiş sığorta haqlarını vəfat etmiş sığortalının qanuni vərəsəsinə qaytarır.
14. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA ƏSASLARI
14.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
14.1.1. Zərər bu Qaydaların 4.1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı olduqda;
14.1.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisə barəsində müəyyən olunmuş vaxta xəbər verməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini
müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
14.1.3. aşağıdakı hallar istisna olmaqla, sığortalı zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmədikdə:
14.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
14.1.3.2. sığortaçı sığorta hadisəsi barədə qanunvericilikdə və bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
14.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda;
14.1.4. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
14.1.5. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
14.1.6. zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
14.1.7. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
14.1.8. sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
14.1.9. sığortalı zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
14.1.10. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
14.1.11. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
14.1.12. Tərəflərin sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) müəyyən etdiyi digər hallar.
DİGƏR MÜDDƏALAR
15. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
15.1 Sığortalının hüquqları:
15.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
15.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
15.2 Sığortalının vəzifələri:
15.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
15.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
15.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
15.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
15.3 Sığortaçının hüquqları:
15.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
15.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
15.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
15.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
15.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
15.4 Sığortaçının vəzifələri:
15.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
15.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
15.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
15.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
16. İKİLİ (ÇOXQAT) SIĞORTA
Sığortalı, mülki məsuliyyətini başqa sığortaçılarda da eyni risklərə qarşı və eyni müddətə sığorta etdirmişdirsə, bu vəziyyəti sığortaçıya dərhal bildirməlidir.
17. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
17.1. Sığorta müddəti ərzində sığortalı dəyişərsə, sığorta şəhadətnaməsindən irəli gələn bütün hüquq və vəzifələr onun razılığı ilə sığortanın yeni sahibinə keçir. Əgər yeni sahib sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarən 15 gün ərzində sığortanı qəbul etmədiyini sığortaçıya yazılı şəkildə bildirsə, sığortaçı mülkiyyət sahibinin dəyişilməsini bildiyi tarixdən etibarən 15 gün ərzində sığorta şəhadətnaməsini ləğv etmək hüququna malikdir.
17.2. Sığortaçının məsuliyyəti, onun ləğv etmə haqqında məlumatı sifarişli məktubla yeni sahibə bildirdiyi tarixdən etibarən 1 ay sonra saat 24.00-da xxxx xxxxx və istifadə edilməyən günlərə görə sığorta haqqı yeni sahibə qaytarılır.
18. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
Sığortalının xəbərdarlıq və məlumatı sığorta şirkətinin mərkəzinə və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır.
Sığorta şirkətinin xəbərdarlıq və məlumatı da sığortalının sığorta şəhadətnaməsində göstərilən hüquqi ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır.
Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraf vasitəsi ilə edilən xəbərdarlıq və məlumat da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumat səviyyəsində hüquqi qüvvəyə malikdir.
19. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərə görə məsuliyyət daşıyır.
20. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Tərəflərin sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələri danışıqları yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
21. MÜDDƏT
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
22. XÜSUSİ ŞƏRTLƏR
Sığorta şəhadətnaməsində əsas şərtlərə və bunlarla əlaqədar xxxx əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlər də yazıla bilər.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı(q)-0,02;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) – 180 000 AZN;
3. Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö)-32 000 AZN;
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 380.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanın
Tə = l00qSö/So = 100.0,02.32000/180000 = 0,36 AZN
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=L2Tə-a-((l-q)/(nq))1/2 = 0,36-l,2-2-((l-0,02)/(360.0,02))1/2 = 0,33 AZN.
Tn = Tə - Tr = 0,033 + 0,037 = 0,7 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən, işlərin aparılması xərcləri - 28%, tarif mənfəəti - 2%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn/(l-f) = 0,7/(1-0,3) = 1
İş yerinin yerləşdiyi ərazidən, işin xüsusiyyətindən və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,1% - 2,5% aralığında dəyişir.