SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ Nümunə Maddələri

SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ. Sığortalı, sığorta şəhadətnaməsində göstərilən sığorta riski baş verdiyi zaman itki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədyönlü tədbirləri görməlidir. İtki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədəuyğun xərclər sığortaçı tərəfindən ödənilir.
SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ. Sığortalı hadisə baş verdiyi zaman: 16.1. Xxxxxxxxx baş verdiyini öyrəndiyi tarixdən etibarən ən gec 2 iş günü ərzində sığortaçıya məlumat verməlidir; 16.2. Hadisənin baş verdiyi tarixdən zərərin müəyyən edilməsinə qədər keçən müddət ərzində, müəssisədəki istehsalın zəifləməsini və ya dayanmanı aradan qaldırmaq və ya minimuma endirmək üçün lazımi tədbirlər görmək və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimat daxilində bütün imkanlardan istifadə etməlidir; 16.3. Məcburi hallar istisna olmaqla, zərər müəyyən olunana və təsdiq edilənə qədər hadisənin baş verdiyi yerlərdə zərərin məbləğinin müəyyən edilməsini çətinləşdirəcək və yaxud zərərin məbləğini artıracaq formada heç bir dəyişiklik etməməlidir; 16.4. Ödəniş tələbinin araşdırılması ilə əlaqədar sığortaçı tərəfindən tələb ediləcək mühasibat jurnalı və qeydiyyatlarını, qəbz və fakturaları, balans və digər sənədləri, lazımi məlumat və izahatları, bütün növ sübutları və zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün zəruri məlumat və sənədləri, onların hazırlanması və alınması üçün çəkiləcək xərclərin özü tərəfindən ödənməsi şərtlə sığortaçıya verməlidir; 16.5. Ödəniş cavabdehliyi və məbləği, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənməsi hüquqlarının müəyyən edilməsi üçün sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta etdirilmiş əmlak və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları tədqiqat və yoxlamalara icazə verməlidir; 16.6. Gəlir itkisinə səbəb xxxx hadisələrə təminat verən sığorta müqavilələri və əgər bu sığorta ilə əlaqədar digər sığorta müqavilələri də varsa, bu haqda sığortaçıya məlumat verməlidir; 16.7. Bu əsas qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilən təminat müddəti başa çatdıqdan, yaxud ödənişlərin dövrlər üzrə verilməsi razılaşdırılarsa, hər bir dövr başa çatdıqdan sonra maksimum 3 gün ərzində ödəniş tələbini yazılı şəkildə sığortaçıya təqdim etməlidir.
SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ. Sığortalı hadisə baş verdiyi zaman: 17.1. Xxxxxxxxx baş verdiyini öyrəndiyi tarixdən etibarən ən geci 5 (beş) iş günü ərzində sığortaçıya məlumat verməlidir; 17.2. Lazımi xilasetmə və mühafizə tədbirlərini görməlidir; 17.3. Sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta hadisəsi ilə əlaqədar zərər çəkmiş xxxxxx və yerlərə daxil olmasına və tədqiqat işlərinin aparılmasına icazə verməlidir; 17.4. Məcburi hallar istisna olmaqla, zərər çəkmiş yer və ya əşyalarda heç bir dəyişiklik etməməlidir; 17.5. Sığortaçının tələbi ilə hadisənin baş vermə səbəblərini zərərin miqdarını və səbəbini müəyyənləşdirməyə, zərərin ödənməsi hüququndan istifadə olunması üçün yararlı və sığortalı tərəfindən təmin edilməsi mümkün xxxx xxxxxx məlumat və sənədləri sığortaçıya verməlidir; 17.6. Zərərin təxmini məbləğini bildirən yazılı məlumatı sığortaçıya verməlidir; 17.7. Ödəniş cavabdehliyi və məbləği zərərin təqsirkar 3-cü şəxslər tərəfindən ödənməsi hüquqlarının müəyyən edilməsi üçün sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta etdirilmiş yer və ya əşyalarda və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları tədqiqat və yoxlamalara icazə verməlidir.
SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ. 19.1. Sığortalı sığorta hadisəsinin baş verməsi haqqında xəbər tutduğu və ya xəbər tutmalı olduğu andan sonra aşağıdakı tədbirləri görməlidir: 19.1.1. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortalı dərhal, və ya ən geci 12 saat ərzində, bütün mümkün vasitələrlə sığortaçıya bu barədə məlumat verməklə sığorta hadisəsinin baş verməsi ilə bağlı hallar haqqında ona məlum xxxx bütün məlumatı çatdırmalıdır. Sığortalı sığorta hadisəsi barədə məlumatı göstərilən müddətdə vermədiyi halda sığortaçının hadisənin səbəblərini və /və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozularsa, sığorta ödənişinin verilməsindən imtina oluna bilər. 19.1.2. Hadisə barədə sığortaçıya məlumat verildikdən sonra sığortalı onunla əlaqə saxlayan sığortaçının nümayəndəsinin bütün təlimatlarına riayət etməlidir. 19.1.3. Mümkün zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün bütün ağlabatan və zəruri tədbirləri görməlidir. 19.1.4. Zərərin qarşısının alınması və ya azaldılması üçün hərəkətlər istisna olmaqla, sığorta hadisəsinin baş verdiyi yer və əşyalarda heç bir dəyişiklik etməməlidir. 19.1.5. Sığorta hadisəsinin baş verməsi ilə bağlı qanunvericiliyə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyyəti xxxx dövlət orqanlarına dərhal məlumat verməlidir.
SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ. 16.1.Sığortalı (sığorta olunan), sığorta müqaviləsində göstərilən sığorta hadisəsi baş verdiyi zaman zərərin qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədəuyğun tədbirlər görməlidir. Bu cür məqsədyönlü xərclər sığortaçı tərəfindən ödənilir.

Related to SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 9.1. Bank: - Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Əmanətçinin adına müddətli əmanət hesabı açmaq və əmanət məbləğini qəbul etməklə saxlamaq; - Əmanətçiyə müvafiq əmanət müqaviləsində göstərilən dərəcədə faizlər hesablamaq və onun xxxx hesabına köçürmək; - Əmanət müqaviləsinin müddəti bitdikdə Əmanətçiyə əmanət məbləğini qaytarmaq və hesablanmış faizləri ödəmək; - Əmanətin qaytarılması və ya onun faizlərinin ödənilməsi şərtləri pozulduqda Əmanətçinin xxxx hesabına hər gecikdirilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının bank faizlərinin uçot dərəcəsi ilə nəzərdə tutulan məbləğdə cərimə ödəmək; - Hesabdan çıxarışlar və digər sənədləri Əmanətçinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndələrinə vermək; - Əmanətçinin hesabı üzrə aparılan əməliyyatlar və məbləğin qalığı barədə məlumatları üçüncü şəxslərə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda vermək; - Müddətli əmanət hesabında xxxx pul vəsaitinə Əmanətçinin qanunvericiliyə uyğun olaraq maneəsiz sərəncam vermək hüququna təminat verməklə, bu vəsaitdən istifadə etmək; - Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək; - Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən qaydada Bank əmanət üzrə faiz dərəcəsini dəyişdirmək hüququna malikdir; - Müvafiq əmanət üzrə illik faiz dərəcəsini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olmamaq şərtilə birtərəfli qaydada artırmaq hüququna malikdir.

  • Sığorta predmeti 4.1. Şəkər çuğunduru bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığorta riskləri 5.1. Aşağıda qeyd olunan bir və ya bir neçə risklər nəticəsində yonca bitkisinin meyvə hissəsinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: 5.1.1. dolu; 5.1.2. yanğın; 5.1.3. zəlzələ; 5.1.4. torpaq sürüşməsi; 5.1.5. qasırğa; 5.1.6. fırtına 5.1.7. sel və ya subasma; 5.1.8. vəhşi heyvanların hücumu; 5.1.9. bitki xəstəlikləri və zərərvericiləri; 5.1.10. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.11. üçüncü şəxslərin hərəkətləri. 5.2. Yuxarıda nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: • dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər; • xxxxxx xxxxx təminatı - yanğının, ildırımın, partlayışın, həmçinin yanğın və partlayış nəticəsində meydana gələn xxxxx, buxar və istiliyin təsiri ilə yaranan zərərlər; • zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacağı zərərlər; • torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddətli yağış, sel və bənzəri digər hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət xxxx kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər; • qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklindəki xxx şiddətli küləyin təsiri ilə meydana gələn zərərlər; • fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən xxx xxxx ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən xxx xxxx küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırdığı, sürüdüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər; • sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın su keçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərərlər; • vəhşi heyvanların hücumu – yonca bitkisində vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər; • bitki xəstəlik və zərərvericiləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda göstərilənlər istisna olmaqla, digər bitki xəstəlik və zərərvericilərin yayılması nəticəsində yaranan zərərlər; • xüsusi təhlükəli ziyanvericilərin yayılması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması nəticəsində yaranan zərərlər; • üçüncü şəxslərin hərəkətləri – sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər. 5.3. Yuxarıda göstərilmiş risklərdən hansının baş verməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

  • TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 25.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir. 25.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir. 25.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.