MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ Nümunə Maddələri

MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. 12.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdikdə, köhnə və yeni mülkiyyətçi tərəfindən 15 gün ərzində bu barədə sığortaçıya məlumat verilməli və müvafiq rəsmiləşdirmələr aparmalıdır.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. 9.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi öz hüquqi qüvvəsində qalır və sığortalının sığorta şəhadətnaməsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Bu zaman sığortalı və sığortanın mövcudluğunu öyrənən yeni sahibkar mülkiyyət dəyişikliyini 15 gün ərzində sığortaçıya yazılı şəkildə bildirməlidirlər. Bu şərt yerinə yetirilməzsə, sığortaçı sığorta müqaviləsi üzrə vəzifələrinin icrasından azad olur.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. 13.1. Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri əldə edənə keçir.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. 16.1. Sığorta müddəti ərzində sığortalı dəyişərsə, sığorta şəhadətnaməsindən irəli gələn bütün hüquq və vəzifələr onun razılığı ilə sığortanın yeni sahibinə keçir. Əgər yeni sahib sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarən 15 gün ərzində sığortanı qəbul etmədiyini sığortaçıya yazılı şəkildə bildirsə, sığortaçı mülkiyyət sahibinin dəyişilməsini bildiyi tarixdən etibarən 15 gün ərzində sığorta şəhadətnaməsini ləğv etmək hüququna malikdir.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. 13.1. Sığorta təminatı müddəti ərzində mülkiyyət sahibi dəyişərsə, sığorta müqaviləsi yenə də öz hüquqi qüvvəsində qalır və sığortalının müqavilə ilə əlaqədar hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Dəyişiklik zamanı, sığortalı və sığortanın mövcudluğunu öyrənən yeni mülkiyyət sahibi vəziyyəti 7 (yeddi) gün ərzində sığortaçıya bildirməlidirlər.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. 20.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi sığortalının buna razılığı olduğu halda öz hüquqi qüvvəsində qalmaqla sığortaolunanın sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçirilə bilər. Bu zaman sığortalı sığorta müqaviləsinə müvafiq dəyişikliklərin edilməsinə dair sığortaçıya müraciət edir. Bu şərt yerinə yetirilmədiyi halda sığortaçı məsuliyyətdən azad olur.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. 16.1. Sığortalı dəyişdikdə sığorta şəhadətnaməsindən irəli gələn bütün hüquq və vəzifələr onun razılığı ilə yeni sahibə keçir.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. Sığorta müddəti ərzində sığortalı dəyişərsə, sığorta şəhadətnaməsindən irəli gələn bütün hüquq və vəzifələr onun razılığı ilə sığortanın yeni sahibinə keçir. Əgər yeni sahib sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarən 15 gün ərzində sığortanı qəbul etmədiyini sığortaçıya yazılı şəkildə bildirsə, sığortaçı mülkiyyət sahibinin dəyişilməsini bildiyi tarixdən etibarən 15 gündən sonra sığorta şəhadətnaməsini ləğv etmək hüququna malikdir. Sığortaçının məsuliyyəti, onun ləğv etmə haqqında məlumatı sifarişli məktubla yeni sahibə bildirdiyi tarixdən etibarən 1 ay sonra saat 24.00-da xxxx xxxxx və istifadə edilməyən günlərə görə sığorta haqqı yeni sahibə qaytarılır.
MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ. Sığortalı heyvanın hüquqi sahibi dəyişdikdə sığorta müqaviləsi ləğv edilir. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır. Sığortalı vəfat etdikdə, bu sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələr heç bir dəyişiklik edilmədən yeni mülkiyyət sahiblərinə keçir. Bu zaman, sığortanın mövcudluğunu öyrənən yeni mülkiyyət sahibləri vəziyyəti 15 gün içində Sığortaçıya bildirməlidir. Bu şərtə əməl olunmazsa, Sığortaçı məsuliyyətdən azad olur. Sığortaçı dəyişikliyi, yeni mülkiyyət sahibi də Sığortanın mövcud olduğunu öyrəndiyi tarixdən etibarən 8 gün ərzində sığorta müqaviləsini ləğv edə bilər. Vaxtında istifadə olunmayan ləğv etmə hüququ etibarsız sayılır. Sığorta müqaviləsinin Sığortaçı tərəfindən ləğv edildiyi hallarda, ləğv etmə haqqında məlumat xxxxx verildiyi tarixdən 8 gün sonra saat 24:00-da, yeni mülkiyyət sahibləri tərəfindən ləğv edildiyi hallarda isə ləğv etmə haqqında məlumatın xxxxx verildiyi günün sabahı saat 24:00-da qüvvəyə minir. Ləğv etmənin hüquqi qüvvəyə minəcəyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə Sığortaçı tərəfindən ləğv edildiyi hallarda gün, yeni mülkiyyət sahibləri tərəfindən ləğv edildiyi hallarda isə qısa müddət hesabı ilə hesablanır və artığı yeni mülkiyyət sahiblərinə qaytarılır.

Related to MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;