Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇ Nümunə Maddələri
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 9.1. Bank: - Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Əmanətçinin adına müddətli əmanət hesabı açmaq və əmanət məbləğini qəbul etməklə saxlamaq; - Əmanətçiyə müvafiq əmanət müqaviləsində göstərilən dərəcədə faizlər hesablamaq və onun xxxx hesabına köçürmək; - Əmanət müqaviləsinin müddəti bitdikdə Əmanətçiyə əmanət məbləğini qaytarmaq və hesablanmış faizləri ödəmək; - Əmanətin qaytarılması və ya onun faizlərinin ödənilməsi şərtləri pozulduqda Əmanətçinin xxxx hesabına hər gecikdirilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının bank faizlərinin uçot dərəcəsi ilə nəzərdə tutulan məbləğdə cərimə ödəmək; - Hesabdan çıxarışlar və digər sənədləri Əmanətçinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndələrinə vermək; - Əmanətçinin hesabı üzrə aparılan əməliyyatlar və məbləğin qalığı barədə məlumatları üçüncü şəxslərə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda vermək; - Müddətli əmanət hesabında xxxx pul vəsaitinə Əmanətçinin qanunvericiliyə uyğun olaraq maneəsiz sərəncam vermək hüququna təminat verməklə, bu vəsaitdən istifadə etmək; - Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək; - Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən qaydada Bank əmanət üzrə faiz dərəcəsini dəyişdirmək hüququna malikdir; - Müvafiq əmanət üzrə illik faiz dərəcəsini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olmamaq şərtilə birtərəfli qaydada artırmaq hüququna malikdir.
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 11.1.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
11.2.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
11.2.2. Sığortalı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
11.3.1. Sığortaçı sığortalı barədə, habelə onun keçmiş hadisə tarixi barəsində məlumat toplamaq hüququna malikdir.
11.4.1. Sığortaçı sığortalını müqavilənin əsaslandığı sığorta qaydaları ilə xxxxx etməlidir.
11.4.2. Sığortaçı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 13.1. Sığortalının (Faydalanan şəxsin) vəzifələri:
13.1.1. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək;
13.1.2. Qurğu və ya avadanlığa baxışın keçirilməsini təmin etmək;
13.1.3. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə quvvədə xxxx digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişikliklər barədə Sığortaçıya məlumat vermək. Sığortalı Sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya Sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir;
13.1.4. Sığorta hadisəsinin baş verməməsi, sığorta hadisəsi baş verdikdə isə sığortalanmış Qurğu və ya avadanlığın xilas edilməsi və dəyə biləcək zərərin azalması üçün bütün mümkün və məqsədəuyğun tədbirləri görmək. Sığorta hadisəsinin baş verməsinin qarşısı alınması, qurğu və ya avadanlığın xilas edilməsi və dəyə biləcək zərərin azalması üzrə Sığortaçının verdiyi bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
13.1.5. Sığorta hadisəsi baş verdikdə, hazırkı Qaydalarda göstərilən müddət ərzində Sığortaçını və, hadisənin mahiyyəti bunu tələb edirsə, müvafiq səlahiyyətli orqanları baş vermiş hadisə haqqında məlumatlandırmaq;
13.1.6. Zədələnmiş qurğu və ya avadanlığın təmir olunması qaydasını Sığortaçı ilə razılaşdırmaq;
13.1.7. Sığorta hadisəsi nəticəsində zədələnmiş qurğu və ya avadanlıq təmir olunduqdan sonra baxışın keçirilməsi üçün onu Sığortaçıya təqdim etmək. Sığortalı hazırkı öhdəliyini yerinə yetirmədikdə və ya yetirməkdən imtina etdikdə Xxxxxxxxx sonradan baş vermiş hadisə(lər) üzrə məsuliyyət daşımır və heç bir ödəniş vermir;
13.1.8. Talanmış qurğu və ya avadanlıq tapılarsa və ya Sığortalıya onların olduğu yer məlum olarsa dərhal Sığortaçıya bu barədə məlumat vermək;
13.1.9. Qurğu və ya avadanlığın daxili işlər orqanlarından qeydiyyatdan çıxarılması və ya digər şəxsin adına qeydə alınması, qeydiyyat nişanlarının və sənədlərinin dəyişdirilməsi haqqında üç təqvim günü ərzində Sığortaçıya məlumat vermək;
13.1.10. Sığortalını hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini (və ya onun müvafiq hi...
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 3.1. Müraciət edənin (hüquqi yardım göstərilən şəxsin) hüquq və vəzifələri:
3.1.1. həvalə edilmiş işin hüquqi perspektivinin izahı, tapşırığın icrasının gedişi barədə, hüquqi yardımın, müdafiənin təşkil edilməsi və həyata keçirilməsinin mümkün hüquqi vasitələri haqqında vəkildən məlumat almaq;
3.1.2. tapşırığın icrası başa çatdıqdan sonra işin nəticəsi haqqında vəkildən yazılı (və ya şifahi) hesabat tələb etmək və vəkil tərəfindən toplanmış, müraciət edənə (və ya hüquqi yardım göstərilən şəxsə) aid zəruri sənədləri qəbzə imza etməklə almaq;
3.1.3. yazılı qaydada müqavilə üzrə vəkilə verdiyi tapşırıqları məhdudlaşdırmaq, xxxx götürmək, yaxud müqaviləni ləğv etmək və ya vəkildən imtina etmək;
3.1.4. tapşırığın icrası üçün zəruri əhəmiyyəti xxxx sənədləri və məlumatları şifahi və ya yazılı qaydada vaxtında vəkilə təqdim etmək;
3.1.5. həqiqətə uyğun olmayan sənədlərin və məlumatların verilməsinə, tapşırığın icrası üçün zəruri xxxx sənədlərin və məlumatların verilməməsinə və ya vaxtında verilməməsinə görə yaranmış nəticələr üçün məsuliyyət daşımaq;
3.1.6. hüquqi yardıma görə haqqı və tapşırığın icrası ilə əlaqədar vəkilin çəkdiyi və ya çəkməli olduğu xərcləri müqavilədə (və ya Əlavədə) nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək.
3.1.7. Vəkil tərəfindən təqdim olunmuş və bu müqavilənin icrası ilə bağlı müraciət edənə məlum xxxx məlumatları, vəkil sirrini qorumaq, üçüncü şəxslərə verməmək və vəkilin peşə fəaliyyətinə xxxxx xxxx biləcək hər hansı digər formada istifadə etməmək.
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 20.1. Sığortaçının vəzifələri:
20.1.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsini vermək və Sığortalını sığortanın şərtləri ilə xxxxx etmək;
20.1.2. Sığorta hadisəsi baş verdiyi halda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və sığorta məbləği(ləri) çərçivəsində dəymiş zərərin əvəzini ödəmək;
20.1.3. Sığortalı tərəfindən sığorta riskinin baş verməsi ehtimalını azaldan və dəyə biləcək zərərin baş vermə riskini aşağı salan tədbirlərin həyata keçirilməsindən sonra, Sığortalının məlumatına əsasən həmin halları nəzərə alaraq müqavilənin şərtlərinə müvafiq dəyişiklikləri etmək;
20.1.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, Sığortalı (Faydalanan şəxs) və onun maddi durumu haqqında məlumatı yaymamaq;
20.1.5. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) və sığortanı təsdiqləyən digər sənədlərin surətini təqdim etmək;
20.1.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 8.1. Sığorta müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə, hazırkı qaydalar və sığorta müqaviləsinin şərtləri ilə tənzim edilir.
8.2. Sığorta müqaviləsi üzrə hüquq və vəzifələr Sığortalı tərfindən tam və ya qismən üçüncü tərəfə verilə bilməz, burada Sığortalının yazılı formada təsdiq edilmiş razılığı olduğu hal istisna təşkil edir.
8.3. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortalı haqqında və onun əmlak vəziyyəti haqqında məlumatı yaymamağa borcludur.
8.4. Sığortalı aşağıdakıları etməyə borcludur:
a) Sığorta müqaviləsinin bütün şərtlərinin gözlənilməsi;
b) Sığorta müqaviləsi bağlanarkən, sığorta riskini qiymətləndirmək üçün əhəmiyyət kəsb edən və ona məlum xxxx təfərrüat barədə, və həmçinin, hər bir hava gəmisinə münasibətdə bağlanmış və ya bağlanan bütün sığorta müqavilələri barədə Sığortaçıya məlumat vermək;
c) müqavilənin quvvədə olduğu müddətdə sığortalanmış əmlaka dəyən ziyanın qarşısını almaq və ya azaltmaq üçün bütun tədbirləri görmək;
d) sığorta haqqını vaxtında ödəmək.
8.5. Müqavilənin qüvvədə olduğu müddətdə Sığortaçı aşağıdakı hüquqlara malikdir:
a) Sığortalının verdiyi informasiyanın, və həmçinin, Sığortalı tərəfindən sığorta müqaviləsinin tələblərinin yerinə yetirilməsinin yoxlanması, səlahiyyətli orqanlara sorğu göndərilməsi;
b) Sığorta müqaviləsi qüvvəyə mindikdən sonra sığorta edilmiş hava gəmiləri ilə baş verən aviasiya hadisələri və qəfil halların tədqiqatında iştirak etmək, Sığortalı tərəfindən onların istismarı üzrə normativ – texniki sənədlərin tələblərinin gözlənilməsini yoxlamaq.
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. Tərəflərin bu Müqavilə üzrə hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilə ilə müəyyən edilir.
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 4.1. “Şirkət”in hüquqları:
4.1.1. Aşağıdakı hallarda Müqaviləni birtərəfli qaydada ləğv edir və borcun vaxtından əvvəl qaytarılmasını tələb edir:
a) “Alıcı”nın əmlak vəziyyəti, bu Müqavilə üzrə pul öhdəliklərinin icra edilməsi tələbi üçün təhlükə yaradan dərəcədə pisləşdikdə;
b) “Alıcı” tərəfindən təqdim edilən məlumat və sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə;
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 3.1. Turoperator borcludur ki:
3.1.1. Turagenti turistik məhsul (səfərin şərtləri, xidmət, yerləşdirmə, xidmətlərin göstərilməsi, qidalanma, müalicə proqramları, asudə vaxt və s., eləcə də bütün əlavə və dəyişikliklər haqqında) və eləcə də eletron-poçt və veb-saytın köməyi ilə onlara dair qiymət təklifləri haqqında məlumatla təmin etsin;
Tərəfləri̇n Hüquq Və Vəzi̇fələri̇. 16.1. Sığortaçının vəzifələri:
16.1.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsini vermək və Sığortalını (Sığorta olunan) sığortanın şərtləri ilə xxxxx etmək;
16.1.2. Sığorta hadisəsi baş verdiyi halda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və sığorta məbləği(ləri) çərçivəsində sığorta ödənişini həyata keçirmək;
16.1.3. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, Sığortalı (Sığorta olunan) və onun maddi durumu haqqında məlumatı yaymamaq;
16.1.4. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (sığorta şəhadətnaməsininnin) və sığortanı təsdiqləyən digər sənədlərin surətini təqdim etmək;
16.1.5. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.