Ümumi müddəalar Nümunə Maddələri

Ümumi müddəalar. 2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. 2.2. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir. 2.3. Xxxxxx müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir. 2.4. «Müştəri»nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən «Bank» tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilə bilər. PİN-kod «Müştəri»nin imzasının analoqu hesab olunur. «Müştəri» tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. 2.5. Kart və PİN-kod xxxx qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir. 2.6.Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.
Ümumi müddəalar. 1.1. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Agentlik) “DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin (bundan sonra – xidmətlər) “DOST” mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Agentlik Nazirliyin tabeliyində fəaliyyət göstərir. 1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur. 1.4. Agentlik bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, loqotipi (emblemi), üzərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 1.7. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. 1.8. Agentlik Bakı şəhərində yerləşir.
Ümumi müddəalar. 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir. 1.2. Bu Qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sığorta növünə şamil edilir. 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Ümumi müddəalar. 1.1. Bakı Xxx Xxxx Məktəbinin Tələbə Evinin intizam və istifadə qaydaları (bundan sonra “Qaydalar”) Azərbaycan Respublikasının qanunvericiliyinə və Bakı Xxx Xxxx Məktəbinin tələbələrinin daxili intizam qaydalarına uyğun hazırlanmışdır və SOCAR-ın Bakı Xxx Xxxx Məktəbinin (bundan sonra “BANM”) Tələbə Evindən istifadə və intizam münasibətlərini tənzimləyir. 1.2. Bu Qaydalar Tələbə Evindən istifadə edən şəxslərin (bundan sonra “İstifadəçi”) yerləşdirilməsi, yaşaması, fəaliyyəti, təyinatı, təchizatı və saxlanılması, Tələbə Evindən istifadə edilməsi, intizam tənbehlərinin tətbiqi qaydalarını və şərtlərini, İstifadəçilərin hüquq və vəzifələrini müəyyən edir. 1.3. Bu Qaydalar SOCAR-ın daxili normativ sənədi hesab olunur və bu Qaydalarda nəzərdə tutulmuş müddəalar Tələbə Evində yaşayan bütün şəxslər üçün məcburidir. 1.4. Bu Qaydalar Bakı Xxx Xxxx Məktəbində və Tələbə Evində hər kəsin xxxxx xxx biləcəyi yerdə yerləşdirilməlidir.
Ümumi müddəalar. Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Ümumi müddəalar. 1.1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir. 1 1.2. Fond “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Xxxxx keçir. 1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. 1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 1.5. Fondun müstəqil balansı, bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, firma işarəsi (emblemi) vardır. 1.6. Fondun ayrıca əmlakı vardır və Fond öz öhdəliklərinə görə bu əmlakla cavabdehdir. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh, habelə üçüncü şəxs qismində çıxış edir. 1.7. Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 1.8. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir. 1.9. Fond Bakı şəhərində yerləşir.
Ümumi müddəalar. 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları” (bundan sonra – Qaydalar) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda, strukturuna daxil olmayan tabeliyindəki qurumlarda (bundan sonra – Nazirliyin sistemi) qulluq keçən (çalışan) dövlət qulluqçularının qulluq etikası və xidməti davranış normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 1.2. Dövlət qulluqçusu öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur. 1.3. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirliyə və dövlət qulluqçusuna ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlikdə korrupsiyanın və dövlət qulluqçusunun fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçusundan gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, Nazirliyin və dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir.
Ümumi müddəalar. 1.1. Yaşıl noxud bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydalarına” (bundan sonra – Qaydalar) əsasən hazırlanmışdır.
Ümumi müddəalar. 1. Sonradan “Xidmət” adlandırılacaq «Visa-xxx Fastline» xidmətinin göstərilməsi qaydaları sonradan “Xxxx xxxxxx” adlandırılacaq “VIP Aviation Services Company” MMC və sonradan “Təşkilatçı” adlandırılacaq “Frazex” MMC arasında bağlanmış 27 avqust 2019-cu il tarixli 91 /19 G nömrəli Müqaviləyə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun işlənib hazırlanmış, Təşkilatçı ilə sonradan “İstifadəçi” adlandırılacaq Xidmətin istifadəçiləri arasındakı münasibətləri tənzimləyir, xidmətin göstərilməsi qaydalarını, Təşkilatçının və İstifadəçilərin hüquqları, vəzifələri və məsuliyyətini müəyyən edir.
Ümumi müddəalar. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və nəqliyyat vasitələrinin sığortalanması üzrə qaydaları müəyyən edir.