MÜQAVİLƏNİN MÜDDƏTİ Nümunə Maddələri

MÜQAVİLƏNİN MÜDDƏTİ. Bu Müqavilə imzalandığı və Birliyin üzvlük haqqı Birliyin hesabına ödəndiyi gündən qüvvəyə minir və оnun müddəti hər 1 ildən sonra Birliyin üzvlük haqqının ödənilməsi şərti ilə növbəti 1 il müddətinə uzadılmış hesab еdilir.
MÜQAVİLƏNİN MÜDDƏTİ. 6.1. Bu müqavilə tərəflərin imzalamasından sonra qüvvəyə minir və 1 il (bir il) müddətinə qüvvədədir. 6.2. Bu Müqavilənin 2.9-cu maddəsində nəzərdə tutulan hallar baş verəcəyi, habelə bu müqavilənin 4.1- ci maddəsində nəzərdə tutulan təhsil haqları artırılacağı təqdirdə tərəflər yeni müqavilə bağlamalıdırlar. 6.3. Bu müqavilənin 6.2-ci maddəsində nəzərdə tutulan hallar baş verməzsə bu müqavilənin müddəti bitdikdən sonra eyni müddətə uzadılmış hesab edilir.
MÜQAVİLƏNİN MÜDDƏTİ. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Bu Müqavilə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Müqavilənin müddəti layihənin müddəti ilə eyni vaxtda bitir. Layihənin müddəti _____ aydır. Müddətin hesablanması pulun köçürülməsi tarixindən başlanır. Ayrılmış maliyyə vəsaiti Layihənin icra olunduğu tarixlərdə istifadə olunmalıdır. Layihə üzrə aparılacaq işlərin müddətinin əvvəli ilkin olaraq başlama tarixi tarixi, xxxx bitmə tarixi tarixi müəyyən edilir və layihənin keçirilmə yeri (şəhər, rayon) keçirilməsi müəyyən edilir.
MÜQAVİLƏNİN MÜDDƏTİ. Bu Müqavilə Tərəflərin onu imzaladıqları gündən asılı olmayraq, Tərəflər arasında öhdəliklərin başladığı 03.09.2018-ci il tarixindən qüvvəyə minir. Müqavilə 2018-2019-cu tədris ili üçün bağlanır və tədris ilinin sonunda qüvvədən düşür.
MÜQAVİLƏNİN MÜDDƏTİ. 7.1.Bu Müqavilə Tərəflərin onu imzaladıqları gündən qüvvəyə minir. Müqavilə 2022-2023-cü tədris ili üçün bağlanılır və tədris ilinin sonunda qüvvədən düşür.
MÜQAVİLƏNİN MÜDDƏTİ. 5.1. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 5.2. Bu Müqavilədə nəzərdə tutulan ________________________ xidməti 3 ay müddətində həyata keçirilməlidir. 5.3.Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya yeni müqavilə bağlana bilər.
MÜQAVİLƏNİN MÜDDƏTİ. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Maliyyələşdirmə müddəti 12 aydır. Ayrılmış maliyyə vəsaiti maliyyələşdirmə müddətində istifadə olunmalıdır. Müraciət üzrə maliyyələşdirmə müddətinin əvvəli başlama tarixi tarixi, xxxx bitmə tarixi tarixi müəyyən edilir.
MÜQAVİLƏNİN MÜDDƏTİ. 7.1. Hazırkı Müqavilənin müddəti Qüvvəyəminmə Tarixində başlayır və hazırkı Müqaviləyə uyğun olaraq hər hansı Xidmət Sifarişi qüvvədə olduğu müddətədək qüvvədə qalır. Hər bir Xidmət Sifarişi hazırkı Müqavilədə icazə verildiyi kimi Müqaviləyə daha erkən xitam verilməyənədək Xidmət Sifarişində müəyyən edilən müddətədək qüvvədə qalır (“İlkin Müddət”). Xxxxxx Xxxxxxxxxxx Xxxxx Müddəti başa çatdıqdan sonra Xxxxxx Xxxxxxxx avtomatik surətdə sonrakı illərə uzadılır (hər biri “Uzadılmış Müddət”), o vaxtadək ki Tərəf, hazırkı Xxxxx və ya Uzadılmış Müddətin başa çatmasından sonra ən azı otuz (30) gün qabaqcadan Xidmət Sifarişinə xitam vermək haqqında yazılı bildiriş təqdim etməmiş olsun. 7.2. Müqaviləyə edilən hər hansı düzəliş və əlavələr Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən qarşılıqlı razılıq əsasında imzalanır və Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. 7.3. Hazırkı Müqavilə Azərbaycan dilində 9 (doqquz) səhifə, 2 (iki) əsl nüsxədə tərtib edilib. Müqavilənin bir əsl nüsxəsi «Provayder»-də, digəri isə «Sifarişçi»-də saxlanılır.
MÜQAVİLƏNİN MÜDDƏTİ. 5.1.Müqavilə Tərəflərin imzaladığı gündən qüvvəyə minir və 1(bir) il ərzində qüvvədə olur. 30 (otuz) gün əvvəlcədən yazılı sürətdə o biri tərəfi xəbərdarlıq etməklə Tərəflərin biri Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ var.
MÜQAVİLƏNİN MÜDDƏTİ. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və xidmətin göstərilməsi barədə “Sifarişçi”yə sınaq protokolu təqdim edildikdən sonra Müqavilə və onun əlavəsi öz hüquqi qüvvəsini itirmiş olur.