Qüvvəyə minmə və ləğv olunma Nümunə Maddələri

Qüvvəyə minmə və ləğv olunma. Bu Memorandum imzalandığı gündən qüvvəyə minir və bu Memorandumun başa çatdırılması niyyəti barədə bir Tərəfin digərinə doxsan (90) gün əvvəlcədən yazılı bildiriş göndərdiyi tarixədək qüvvədə qalacaqdır. Düzəlişlər Tərəflər arasında yazılı razılıq yolu ilə qüvvəyə minə bilər. Bakı şəhərində 2006-cı il mayın 11-də iki əsl nüsxədə, Azərbaycan, Koreya və ingilis dillərində imzalanmışdır, bütün mətnlər autentikdir. Hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi (bundan sonra «Tərəflər» adlandırılacaq), Tərəflər arasında nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığa şərait yaratmaq və onu inkişaf etdirmək, iki ölkənin nəqliyyat müəssisələri və digər təşkilatları arasında tərəfdaşlığı möhkəmləndirmək və genişləndirmək, onların daxili və beynəlxalq bazarlarda rəqabət qabiliyyətliyini artırmaq, həmçinin göstərilən sahədə təcrübə və texnologiyaların qarşılıqlı faydalı mübadiləsini həvəsləndirmək məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:

Related to Qüvvəyə minmə və ləğv olunma

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;