Əməkdaşlıq sahələri Nümunə Maddələri

Əməkdaşlıq sahələri. Bu Anlaşma Memorandumuna riayət olunmaqla, Tərəflər arasında əməkdaşlıq sahələrinə, bununla məhdudlaşmayaraq, aşağıdakılar aid edilə bilər: ● “Yaşıl enerji”nin araşdırılması, istismarı və istifadəsi. ● “Know-how” xxxxx və texniki təcrübə mübadiləsi, habelə günəş, külək, geotermal, fotoqalvanik, biokütlə, hidrogen və “elektrokimyəvi akkumulyasiya elementi” istifadə etməklə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi, istilik və yanacaq hasilatı sahəsində əməkdaşlıq. ● İki ölkənin enerji səbətlərində bərpa olunan enerjinin payını artırmaq üçün birgə fəaliyyət. ● Birgə tədqiqat layihəsinin həyata keçirilməsi və iki ölkədə bərpa olunan enerji potensialları ilə yanaşı, enerjidən səmərəli istifadə sahəsində seminarların təşkili. ● Bərpa olunan enerji zavodları layihələri və onların tikintisi üçün məsləhət xidmətlərinin göstərilməsi üzrə əməkdaşlıq. ● Bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahələrində iki ölkənin elm və sənaye müəssisələrinin, hökumət və özəl qurumlarının əməkdaşlığı üçün çərçivənin yaradılması. ● Bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahələrində təhsil üzrə əməkdaşlığın inkişaf etdirilməsi, texniki və xxxx tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, qısa və tam təlim kurslarının təşkil edilməsi. ● İki ölkədə günəş, külək və geotermal enerji zavodlarına diqqət yetirməklə, bərpa olunan enerji zavodlarının tikintisinə sərmayə qoyuluşunu təşviq etmək. ● Bərpa olunan enerji mənbələri ilə bağlı Tərəflər arasında razılıq əldə oluna bilən digər sahələr.
Əməkdaşlıq sahələri. Tərəflər bərabərlik, qarşılılıq prinsipinə əsaslanaraq, qarşılıqlı fayda əsasında və öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq, qarşılıqlı razılıq ilə aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəklər: a) iki ölkənin səhiyyə sistemlərinin uyğunlaşdırılması; b) səhiyyədə keyfiyyət standartı və qiymətləndirmə sisteminin formalaşdırılması üçün keyfiyyət və akkreditasiya sahəsində təcrübə mübadiləsi; c) qeyri-infeksion xəstəliklərlə mübarizə və ictimai səhiyyəni maraqlandıran bütün digər sahələrdə əməkdaşlıq; e) orqan, toxuma və sümük iliyi transplantasiyası sahəsində əməkdaşlıq;
Əməkdaşlıq sahələri. 1. Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: a. BMT-nin, ATƏT-in müvafiq prinsiplərinə, eləcə də NATO-nun standartlarına və təlimatlarına uyğun hərbi qüvvələrin və müdafiə sistemlərinin yaradılması; b. zəruri infrastrukturun qorunması ilə bağlı xxxxx, təcrübə və ən yaxşı praktikaların mübadiləsi; c. hərbi və mülki heyətin təlim və təhsili;
Əməkdaşlıq sahələri. Əməkdaşlıq aşağıdakı fəaliyyətləri əhatə edir: məlumat, dövri mətbuat, texniki, metodik və xxxx ədəbiyyatların, tədqiqat işlərinin nəticələrinin, videoların, fotoların və digər materialların mübadiləsi; ekspertlərin mübadiləsi; ortaq təbii fəlakət risklərinin azaldılmasına yönəldilmiş strategiya və metodların işlənib hazırlanması; razılaşdırılmış mövzular üzrə təlim kurslarının, seminarların və praktikumların təşkil edilməsi; təbii fəlakətlər zamanı qarşılıqlı yardım prosedurlarının müəyyənləşdirilməsi.
Əməkdaşlıq sahələri maddədə qeyd olunan məqsədlərə çatmaq üçün Tərəflər:
Əməkdaşlıq sahələri. Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər: 1) dövlət büdcəsinin tərtib olunması və icrası; 2) dövlət sektorunda mühasibatlıq; 3) büdcədaxili münasibətlər; 4) vergi siyasəti və vergiqoymanın idarə olunması; 5) dövlət borcunun idarə olunması; 6) şirkətlərin mühasibat uçotu və auditi; 7) daxili dövlət maliyyə nəzarəti; 8) maliyyə xidmətləri: sığorta bazarı; 9) Tərəflərin razılaşdığı digər əməkdaşlıq sahələri.
Əməkdaşlıq sahələri. Memorandum çərçivəsində əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir: a. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mövcud vəziyyətinin müəyyənləşdirilməsi; b. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması üçün planın işlənib hazırlanması; c. Azərbaycan Respublikasının mütəxəssislərin peşə bacarıqlarının artırılması üçün Koreya Respublikasında dəniz limanı sahəsində müvafiq ixtisasartırma kurslarının təşkili; d. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması sahəsində qarşılıqlı əməkdaşlıq; e. Tərəflər arasında birgə qərarlaşdırılan hər hansı digər əməkdaşlıq formalarını.
Əməkdaşlıq sahələri. 1. Bu Saziş çərçivəsində əməkdaşlıq Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı sahələrdə həyata keçirilə bilər: a) məsafədən zondlama; b) kosmik xxxx və texnoloji qurğular; c) tədqiqat, tətbiq və kommersiya məqsədləri üçün peyk sistemlərinin inkişaf etdirilməsi; d) bortdaxili məsafədən zondlama sistemlərinin tədqiqi və inkişaf etdirilməsi; e) kosmik telekommunikasiya; f) peyk və digər kosmik sistemlərin hazırlanması, istehsalı, idarə olunması və istifadəsi üzrə müştərək tədqiqat və inkişaf fəaliyyətləri; g) kosmik sistemlər üçün yerüstü infrastruktur. 2. İcraçı Qurumlar Tərəflər arasında razılaşdırılmalı xxxx kosmik sahədə əməkdaşlığın digər sahələrini təklif edə bilərlər.
Əməkdaşlıq sahələri. Memorandumun müddəalarına uyğun olaraq, əməkdaşlıq avtomobil və dəmir yollarının, liman infrastrukturlarının və digər nəqliyyat infrastrukturlarının inkişafı sahələrində həyata keçiriləcəkdir. Tərəflər, həmçinin barəsində birgə qərar qəbul etdikləri digər nəqliyyat sahələrində də əməkdaşlıq etmək niyyətindədirlər.
Əməkdaşlıq sahələri. Bu Memorandum çərçivəsində əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir: a. İİS ilə əlaqədar müasir texnologiya və innovasiya proqramları üzrə məlumatların mübadiləsi; b. Bakı şəhərində mövcud xxxx nəqliyyat problemlərinin həlli üçün küçələrin, yolların və prospektlərin buraxılış qabiliyyətinin artırılmasını, tıxacların aradan qaldırılmasının və nəqliyyat vasitələrinin nizamlı və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə İİS-in tətbiq edilmə imkanlarının öyrənilməsi; c. Bu Maddənin «b» alt bəndində nəzərdə tutulmuş müddəaların gerçəkləşdirilməsi məqsədilə müvafiq tədqiqat işlərinin aparılması və layihənin həyata keçirilməsi; d. İİS sahəsində mütəxəssislərin hazırlanması; e. Şəhər nəqliyyatının tənzimlənməsi və idarə olunmasını təmin edən normativ- hüquqi sənədlərin və standartların işlənib hazırlanması; f. Tərəflər arasında birgə razılaşdırıla biləcək hər hansı digər əməkdaşlıq formaları.