Sığorta müqaviləsinin müddəti Nümunə Maddələri

Sığorta müqaviləsinin müddəti. 21.1. Sığorta müqaviləsi müəyyən müddətə bağlanılır.
Sığorta müqaviləsinin müddəti. 13.1. Sığorta müqaviləsi digər razılaşma yoxdursa bir qayda olaraq 1 il müddətinə bağlanır
Sığorta müqaviləsinin müddəti. 9.1 Əgər Sığorta müqaviləsində başqa şərtlər nəzərdə tutulmayıbsa, Sığorta müqaviləsi göstərilən tarixdən etibarən saat 24:00 də qüvvəyə minir və müqavilədə göstərilən son gün saat 24:00 də qüvvədən düşür.
Sığorta müqaviləsinin müddəti. Sığorta müqaviləsi müqavilənin bağlandığı gün saat iyirmi dörddə qüvvəyə minir və müqavilədə nəzərdə tutulmuş müddətin sonuncu günü saat iyirmi dörddə və ya sığorta hadisəsinin baş verdiyinə görə sığorta məbləğinin tam verildiyi andan qüvvədən düşür.
Sığorta müqaviləsinin müddəti. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi göstərilən tarixdən etibarən saat 00:01-də qüvvəyə minir və müqavilədə göstərilən son gün saat 24:00- da qüvvədən düşür.

Related to Sığorta müqaviləsinin müddəti

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: