Xxxxx müddəti Nümunə Maddələri

Xxxxx müddəti. 8.2. Məhkəmə xərcləri və məhkəmə xərclərinin aparılması. Sığorta müqaviləsi üzrə hər hansı zərərlərin ödənilməsi üçün tələblərə, onların aşkar edildiyi andan 2 il keçməyincə baxılmır. Sığortaçının xeyrinə olmayan hər hansı qərar əsasında zərərlərin ödənilməsi üzrə istənilən hərəkət və ya araşdırmaların belə iş üzrə qəti və son qərar qəbul etdiyi andan 2 il ərzində başlanması hallarından başqa. Əgər göstərilən ikiillik məhdudiyyətlər bu Qaydalar əsasında müqavilənin bağlanılmasını tənzimləyən hər hansı qanunvericilik aktları ilə qadağan olunarsa, bu məhdudiyyətlər elə dərəcədə deyişilmiş hesab ediləcəkdir ki, belə qanunvericiliklə həll edilən məhdudiyyətlərin minimal dövrünə uyğun gəlsinlər. Sığortalı hər hansı ziyanın baş verməsinə səbəb olmuş müəyyən əməl və ya hərəkətlərlə əlaqədar irəli sürülən istənilən tələb və iddianın araşdırılması, yaxud məhkəmə baxışı zaman belə əməl və hərəkətlərin sığorta müqaviləsi əsasında sığorta ödənişi verilməsinə əsas verdiyini müəyyən edərsə, bu halda Sığortaçı belə tələb, iddia və ya məhkəmə baxışı ilə əlaqədar Sığortalı çəkdiyi xərcləri ona əlverişli məbləğlər həddində ödəyəcəkdir. Belə ödəniş, sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta limitinə əlavə hesab olunur. Sığortaçı Sığortalıya qarşı irəli sürülən hər hansı belə tələb, iddia və ya məhkəmə baxışının müdafiəsini istənilən vaxt öz üzərinə götürməklə Sığortalının adından həyata keçirə bilər. Bu halda nəzərə alınır ki, Vəkilin (Sığortalı və Sığortaçının birgə razılığı ilə təyin edilmiş) hər hansı məhkəmə prosseduruna etiraz edilməsini məsləhət bildiyi hallardan başqa, hər hansı iddia icraatına etiraz etməsi Sığortalıdan tələb olunmayacaqdır. Xxxxx bu xxxxx da nəzərdə tutulur ki, əgər belə itki, zərər iddia və ya zədələnmənin həcmi tətbiq olunan istənilən tutulmaların (azadolma və s.) məbləğindən artıq olmazsa, bu halda Sığortaçı belə hüquqi xərclərə görə cavabdehlik daşımır. Xxxxx belə itki zərər, iddia və ya zədələnmənin həcmi tətbiq olunan azadolmadan artıq olarsa, bu halda Sığortaçı belə itki, zərər, iddia və ya zədələnmələrin sığorta müqaviləsinin nəzərdə tutduğu hissəsi çərçivəsində cavabdehlik daşıyacaqdır. Sığortaçı, Sığortalının sığorta müqaviləsinin təmin etdiyi hər hansı zərər faktı və ya onun məbləğinin müəyyən edilməsi ilə əlaqədar çəkdiyi xərcləri ona ödəməyəcəkdir.

Related to Xxxxx müddəti

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;