Əhatə dairəsi Nümunə Maddələri

Əhatə dairəsi. Bu Sazişdə müəyyən edilən əsaslar, Tərəflərin dövlət sərhədləri ilə müəyyən olunan ərazilərində baş verə biləcək təbii fəlakətlər və texnogen qəzalar, fövqəladə halların idarə edilməsi sisteminin mərhələləri və Tərəflərin bu mərhələlərdə səlahiyyətli dövlət orqanları ilə müəyyənləşdirilmişdir. Bu əhatə dairəsi yarana biləcək əlavə ehtiyaclar üçün qarşılıqlı razılıq əsasında tərtib ediləcək əlavə protokollarla genişlənə bilər.
Əhatə dairəsi. 1. Tərəflər, bu Vəzifə Təlimatının birlikdə imzalanmasından sonrakı mərhələdə, aşağıda təfərrüatları göstərilən Yüksək Səviyyəli Hərbi Dialoq İclasını və Yardımçı İşçi Qruplarının iclaslarını keçirəcəklər. 2. Yüksək Səviyyəli Hərbi Dialoq İclasının gündəliyinin əsas məsələləri, Tərəflər arasında fərqli bir şəkildə tərtib olunmadığı təqdirdə, aşağıda olduğu kimidir: a. Tərəflərdən hər birinə, regional və qlobal məsələlərə dair siyasi-hərbi və təhlükəsizlik mövzuları, b. Tərəflər arasında hərbi təhsil, hərbi maddi-texniki təminat yardımı və müdafiə sənayesi üzrə əməkdaşlıq məsələləri və proqramları, c. regional və qlobal sülhün təmin edilməsi və humanitar yardım fəaliyyətlərində əməkdaşlıq,
Əhatə dairəsi. Bu Saziş Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinə mənsub namizəd pilotu və pilotları, həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanlığına mənsub heyəti əhatə edir.
Əhatə dairəsi. Bu Sazişlə, 200.000.000 (iki yüz milyon) Türk lirəsinin ekvivalenti ABŞ dolları həcmində vəsait, Azərbaycan Respublikası Hökumətinin ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul xxxx yerli şirkət və müəssisələrdən hərbi məqsədlərlə satın alınacaq mal və xidmətlərin xərclərinə maliyyə töhfəsi verilməsi şəklində və Türkiyə Respublikası Hökumətinin bu mövzudakı qanunvericiliyinə müvafiq olaraq istifadə edilir.
Əhatə dairəsi. Bu Sazişin müddəaları bu Sazişin 1-A Əlavəsi və 1-B Əlavəsi ilə müəyyən olunmuş Razılığa gələn Tərəflərin əraziləri mənşəli xxxxxxx tətbiq olunacaqdır.
Əhatə dairəsi. Bu Saziş, Tərəflərin səlahiyyətli orqanları və/və ya müdafiə sənayesi müəssisə və təşkilatları arasında müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin əsaslarını əhatə edir.
Əhatə dairəsi. Bu Saziş yem bitkisi toxumlarının istehsalında və sertifikatlaşdırılmasında qarşılıqlı əməkdaşlıqla bağlı təlim fəaliyyətlərini, tarla nəzarəti qaydalarının qarşılıqlı şəkildə qəbul edilməsini, toxumların sertifikatlaşdırılmasının laborator üsullarının inkişaf etdirilməsini, mütəxəssislərin texniki potensiallarının artırılmasını və iki ölkənin yem bitkiləri toxumçuluğu üzrə Birgə Komitənin fəaliyyətinin prosedur və əsaslarını əhatə edir.
Əhatə dairəsi. Bu Saziş Tərəflər arasında və ya onların dövlətlərinin ərazilərindən keçməklə avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən bütün tranzit daşıma əməliyyatlarına tətbiq edilir.
Əhatə dairəsi. 1.1 ARDNŞ KMNK-nın Azərbaycan Respublikasında neft və qaz yataqlarının («Layihələr») birgə işlənməsinə tərəfdaş kimi cəlb olunması məqsədilə tərəfdaşlarla danışıqlar aparmağa çalışacaqdır. 1.2 KMNK-nın Layihələrdə iştirakı barədə müsbət qərar qəbul olunduğu halda maraqlı tərəflər müvafiq Hasilatın Pay Bölgüsü Sazişlərinin («HPBS») müddəalarına və şərtlərinə əsaslanan danışıqlar aparacaq və sazişlər imzalayacaqlar. 1.3 KMNK Koreyada və/və ya üçüncü ölkələrdə müxtəlif layihələrdə ARDNŞ-nin iştirakı üçün öz tərəfdaşları ilə danışıqlar aparmağa çalışacaqdır. 1.4 Tərəflər yeni biznes imkanlarının həyata keçirilməsi və bu cür biznes imkanlarının icra edilməsi üzrə təşəbbüs qrupunun formalaşdırılması müvafiq hesab edildiyi halda razılığa gələcək və ayrıca saziş imzalayacaqlar. 1.5 Buna görə Tərəflər işçi heyətin mübadiləsi və ezamiyyətini həyata keçirmək və təlim proqramları, eləcə də Tərəflərin təşviq edə biləcəkləri istənilən seminar və maarifləndirmə tədbirlərinin təşkil olunması üzrə əməkdaşlıq edəcəklər.
Əhatə dairəsi. Bu Anlaşma Memorandumu Təlim çərçivəsində GÖ-yə təmin ediləcək ESÖD ilə bağlı şərtləri müəyyənləşdirir. Bu Anlaşma Memorandumu çərçivəsi xaricində qalan təcili əlavə dəstək tələbləri ESÖ ilə GÖ arasında ayrıca müzakirə olunur.