Sığorta haqqının ödənilməsi Nümunə Maddələri

Sığorta haqqının ödənilməsi. 16.1. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsininəsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud Sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir. 16.2. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir. 16.3. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödənişformasında alındığı gün ödənilmiş hesab olunur.
Sığorta haqqının ödənilməsi. 17.1 Sığorta haqqının ödənilməsinin qaydası və ardıcıllığı Sığorta müqaviləsində nəzərdə tutulur. Əgər sığorta haqqı və ya onun hissəsi müqavilədə müəyyən olunmuş vaxtda ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. 17.2 Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 17.3 Əgər sığorta haqqı və ya onun hissəsi müqavilədə müəyyən olunmuş vaxtda ödənilməzsə, Sığortaçının Sığorta olunanlara tibbi xidmətlərin göstərilməsini dayandırmaq hüququ yaranmaqla, Sığorta müqaviləsi ödənilmiş sığorta haqqına mütənasib dövr bitdiyi andan qüvvədən düşmüş hesab edilir. 17.4 Sığorta haqqının ödənildiyi gün aşağıdakılar hesab olunur: x. xxxx ödəniş halında – sığorta haqqının Sığortaçının kassasına və ya Sığorta agentinə və ya brokerinə ödənildiyi gün; b. qeyri-nağd ödəniş (köçürmə) halında – pul vəsaitinin Sığortaçının və ya Sığorta agentinin, yaxud brokerin bank hesabına daxil olduğu gün.
Sığorta haqqının ödənilməsi. 16.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir. 16.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi yoli ilə ödənilir. 16.3. Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur: 16.3.1. nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü; 16.3.2. nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi günü. 16.4. Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı Sığortalı üçün yazılı sürətdə 15 günlük əlavə ödəmə müddətini təyin etmək bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsindən imtina etmək hüququna malikdir. Əgər sığorta hadisəsinin baş verməsi günü sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir. 16.5. Hissə-hissə ödənilən sığorta haqqının növbəti ödənişi ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır. Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin, ödənildiyi gün gündüz saat 12:00-xxx bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir. 16.6. Sığortalı sığorta haqqının ödənilməsini gecikdirirsə, ...
Sığorta haqqının ödənilməsi. 11.1. Sığorta haqqını nəğdsiz formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) nömrəsinə istinad etməlidir. 11.2. Sığorta haqqının ödənilməsi Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir. 12.3. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nəğd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur.
Sığorta haqqının ödənilməsi. 9.1. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir. 9.2. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur. 9.3. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Sığorta haqqı hissə-hissə ödənildiyi halda növbəti ödənişin ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildiyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə, Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır.
Sığorta haqqının ödənilməsi. 13.1. Sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır. 13.2. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin nömrəsinə istinad etməlidir. 13.3. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir. 13.4. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur. 13.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 13.6-ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər. 13.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayaraq ödənilməlidir.
Sığorta haqqının ödənilməsi. Müqavilədə başqa bir şərt nəzərdə tutulmazsa, sığorta haqqının bütün məbləği (və ya onun ilk hissəsi) müqavilə (şəhadətnamə) imzalandığı gündən etibarən 5 gün ərzində ödənilməlidir.
Sığorta haqqının ödənilməsi. 12.1. Sığortalı, Sığorta haqqını nağdsız qaydada ödəyərkən, ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsası xxxx Sığorta müqaviləsinin, yaxud Sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir. 12.2. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir. 12.3. Sığorta haqqı Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçıya nağd qaydada ödənildiyi gün ödənilmiş hesab olunur.
Sığorta haqqının ödənilməsi. 11 Maddə 18. Sığorta haqqının qaytarılması 11 Maddə 19. Məlumat vermək vəzifəsi 12
Sığorta haqqının ödənilməsi. 18.1.Əgər sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) sığorta müqaviləsində nəzərdə tutulmuş vaxt ərzində Sığortaçıya ödənilməzsə, sığorta müqaviləsi öz qüvvəsini itirir. Əgər sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqının sonrakı hissələri sığorta müqaviləsində göstərilmiş müddət ərzində ödənilməzsə, tərəflərin başqa cür razılaşdığı hallar istisna olmaqla, sığorta müqaviləsi, sığorta haqqının ödənilmiş hissəsinə müvafiq xxxx müddətin bitməsindən sonra öz qüvvəsini itirir. 18.2.Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.