XİDMƏT MÜQAVİLƏSİ №
XİDMƏT MÜQAVİLƏSİ №
Bakı şəhəri . .202
Bir tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs (şəxsiyyət vəsiqəsi: № tərəfindən -c_ il tarixində verilib) bundan sonra «Sifarişçi» adlanacaq, digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nizamnamə əsasında fəaliyyət göstərən “F.S.A” MMC, direktor Xxxxxxxx Xxxxx Xxxxxxxxxxxx oğlu şəxsində, bundan sonra «İcraçı» adlanacaq, birlikdə isə “Tərəflər” adlandırılacaq, aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra – Müqavilə) bağlayırıq: |
1. Müqavilənin predmeti |
Bu Müqaviləyə görə İcraçı il tarixində (məkan) təşkil olunacaq (düşərgə, ekskursiya və s.) Sifarişçinin təyin etdiyi şəxs(lər)ə (“iştirakçı/lar”) keçiriləcək xidmət və işlərin (nəqliyyat, qonaqlama, proqramlarda iştirak, qidalanma) yerinə yetirilməsini, Sifarişçi isə xidmət və işləri qəbul edib əvəzində bu Müqavilə ilə müəyyənləşdirilmiş məbləği İcraçıya ödəməyi öz öhdəsinə götürür: |
2. Müqavilə üzrə ödənişlər |
2.1. Bu Müqavilə üzrə ödəniş bir nəfər iştirakçı üçün AZN ( manat) təşkil edir. 2.2. Sifarişçi bu Müqavilə ilə nəzərdə tutulan xidmət haqqını, Xxxxxxxxx təqdim etdiyi ödəniş sənədləri əsasında köçürmə yolu ilə hesab-fakturanın təqdim edildiyi tarixdən 3 (üç) təqvim günü ərzində ödəməlidir. |
3. Müqavilənin müddəti 3.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür. 4. Tərəflərin hüquq və vəzifələri |
4.1. Sifarişçinin hüquqları: |
4.1.1. Bu Müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada göstərilmiş işlərin keyfiyyətli və qüsursuz şəkildə aparılmasını İcraçıdan tələb etmək; 4.1.2. İcraçıya xidmət və işlərin icra edilməsi ilə bağlı və qanunvericiliyin tələblərinə zidd olmayan zəruri göstərişlər vermək; |
4.1.3. İcraçı bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəmələr vasitəsilə ondan vəzifələrin yerinə yetirilməsini tələb etmək. 4.2. Sifarişçinin vəzifələri: 4.2.1. Bu Müqavilənin şərtlərinə uyğun, keyfiyyətlə yerinə yetirilmiş işləri İcraçıdan qəbul etmək; 4.2.2. Xidmət və işlərin icra edilməsinə azı 7 (yeddi) təqvim günü qalmış İcraçıya zəruri xxxx məlumatları (məsələn, uşağın xidməti almaqdan imtina etməsi, ailəvi planınız, iştirak edəcək şəxs(lər)in xroniki və ya fəaliyyətini məhdudlaşdıra biləcək digər xəstəlik) təqdim etmək; 4.2.3. Bu Müqaviləni imzalayaraq, xxxxx://xxxxxxxxxxxx.xx/xxxxxx-xxxxxxx/ vebsaytda yerləşdirilən “Şərtlər və Qaydalar Toplusu” nun şərtlərinə əməl etmək; 4.2.4. Bu Müqavilə ilə nəzərdə tutulan məbləği Müqavilədə göstərilən müddətdə və məbləğdə ödəmək. |
4.3. İcraçının hüquqları: |
4.3.1. Bu Müqavilə üzrə göstərilən xidmətlərin və görülən işlərin razılaşdırılmış qiymətini Sifarişçi tərəfindən ödənilməsini tələb etmək; 4.3.2. Sifarişçidən bu Müqavilənin 4.2.2-ci maddədə qeyd edilən zəruri məlumatları tələb etmək; 4.3.3. Bu Müqavilənin və xxxxx://xxxxxxxxxxxx.xx/xxxxxx-xxxxxxx/ vebsaytda yerləşdirilən “Şərtlər və Qaydalar Toplusu”nun şərtlərinə əməl etməyi Sifarişçidən tələb etmək; 4.3.4. Xidmət və işlərin icrası müddətində Xxxxxxxxx göstərişlərindən kənar hərəkət edən və təlim qaydalarını pozan iştirakçıları fəaliyyətdən kənarlaşdırmaq. 4.4. İcraçının vəzifələri: 4.4.1. Bu Müqaviləyə uyğun olaraq xidmət və işləri vaxtında və keyfiyyətlə, habelə yüksək peşəkarlıq səviyyəsində icra etmək; 4.4.2. İştirakçıların bu Müqavilə üzrə qeyd edilən tarixlərdə icra ediləcəcək fəaliyyətlərdə iştirakını təmin etmək; 4.4.3. İştirakçıları təlim materialları və fəaliyyət proqramı ilə təmin etmək; 4.4.4. Sifarişçinin tələblərinin qanunvericiliyə zidd olması barədə Sifarişçini vaxtında xəbərdar etmək. |
5. Tərəflərin məsuliyyəti |
5.1. Bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana və bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməməsinə görə digər tərəf qarşısında tam həcmdə məsuliyyət daşıyır. 5.2. Tərəflərin hər xxxxx xxxx bu müqavilə üzrə qarşı tərəfə vurduğu zərərin əvəzini digər tərəfin yazılı xəbərdarlığını aldığı gündən etibarən 3 (üç) təqvim günü ərzində ödəməlidir. 5.3. İcraçı düşərgə müddətində onun göstərişindən kənar hərəkət edən və təlim qaydalarını pozan iştirakçılar üçün heç bir növ məsuliyyət daşımır. 6. Mübahisələrin həlli qaydası 6.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində tərtib və icra olunur. Tərəflər mübahisə doğuran bütün məsələləri qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll edirlər. 6.2. Tərəflər danışıqlar yolu ilə həll edilməyən mübahisələr üzrə ərazi aidiyyətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən seçərək bu Müqavilə |
çərçivəsində razılaşdıqları saziş əsasında müqavilə aidiyyəti ilə dəyişərək müvafiq Rayon Məhkəməsini müəyyən edirlər. |
7. Fors-major |
7.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərin icrası müddəti qarşısıalınmaz qüvvənin davam etdiyi müddətə uyğun uzadılır. Bu halda Tərəflər Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. 7.2. Qarşısıalınmaz qüvvənin təsirinə Sifarişçi və İcraçı tərəflərindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr, o cümlədən, müharibə, ictimai ixtişaş, yanğın, zəlzələ, daşqın, tufan, epidemiya, epizotiya, karantin, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. Hər hansı hadisə fors-major kimi yalnız Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarının qərarına əsasən tanınır. 7.3. Belə vəziyyətlər əmələ gəldikdə Müqаvilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi müddətləri bu vəziyyətlərin davam etdiyi müddətlər nəzərə аlınmаqlа uzadılır. |
8. Konfidensiallıq 8.1. Bu Müqavilə üzrə məlumatlar və müqavilənin öhdəliklərin yerinə yetirilməsi ilə bağlı danışıqlar, yazışmalar, sənədlər konfidensial məlumat sayılır. 8.2. Tərəf digər tərəfin icazəsi olmadan konfidensial məlumatın açıqlanmasına görə məsuliyyət daşıyır. 8.3. Müqavilənin şərtlərinə zidd olaraq konfidensial məlumatın üçüncü şəxslərə açıqlanması halında İcraçı həmin məlumatın qaytarılması, istifadə olunmaması, ötürülməməsi, satılmaması və s. şəkildə yayılmaması üçün bütün lazımi tədbirləri görməyi və Sifarişçiyə dəymiş bütün ziyanı ödəməyi öhdəsinə götürür. 9. Digər şərtlər 9.1. Bu Müqavilə Müqavilənin 3.1-ci bəndi nəzərə alınmaqla tərəflərlə bağlandığı andan hüquqi qüvvəyə minir. Müqavilə müddətinin bitməsi Tərəfləri Müqavilə qüvvədə olduğu müddətdə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə müddətinin bitməsi Tərəfləri Müqavilə qüvvədə olduğu müddətdə yaranmış öhdəliklərin icrasından azad etmir. 9.2. Bu Müqaviləyə əlavə və dəyişikliklər, eləcə də bu Müqavilə üzrə qoşma (əlavə) müqavilə (saziş yaxud digər razılaşma) bağlanması Tərəflərin qarşılıqlı razılığı ilə edilir. Bu Müqaviləyə edilən əlavə və dəyişikliklər yazılı şəkildə olmaqla Müqavilənin ayrılmaz hissəsi hesab edilir. Bu Müqavilə üzrə bağlanmış qoşma (əlavə) müqavilə (saziş yaxud digər razılaşma) bu Müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir. Birtərəfli şəkildə edilən əlavə və dəyişikliklər hüquqi qüvvəyə malik deyil. 9.3. Bir tərəf bu Müqavilə ilə müəyyən olunmuş öhdəliklərini pozduqda digər tərəf öhdəliklərini pozan tərəfə 10 (on) təqvim günü əvvəl yazılı xəbərdarlıq verərək Müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Bu Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilə bilər. 9.4. Sifarişçi İcraçını 10 (on) təqvim günü qabaq xəbərdarlıq etməklə bu Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Bu halda tərəflər fakt üzrə göstərilmiş xidmətlərə görə qarşılıqlı hesablaşma həyata keçirir. |
9.5. Bu Müqavilə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə xxxxx xxxx 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrdən biri Sifarişçidə, digəri isə İcraçıda saxlanılır. |
10. Tərəflərin ünvanları və rekvizitləri |
“Sifarişçi” “İcraçı” “F.S.A” MMC Ad soyad Ünvan: AZ1300, Biləsuvar şəh., X. Xxxxxxxxx 169 VÖEN: 4101977731 Bank: Kapital Bank ASC Nərimanov rayon filialı Bankın VÖEN-i: 9900003611 Kod: 200093 H/h: XX00XXXX000000X0000000000000 M/h: XX00XXXX00000000000000000000 SWIFT: XXXXXX0X Direktor: Xxxxx Xxxxxxxx İmza: İmza: M.Y |