Müqavilənin predmeti Nümunə Maddələri

Müqavilənin predmeti. 1.1 Universitet, ödənişli əsaslarla müvafiq təhsil proqramına uyğun olaraq Biznesin idarə edilməsi/İqtisadiyyat/Maliyyə üzrə bakalavr ali peşə ixtisas təhsili verməyi, Təhsilalan təhsil almağı və Universitetin müəyyənləşdirdiyi bu müqavilənin 1.2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqının və tələbə xərclərinin və 1.3-cü maddədə qeyd olunmuş təhsil haqqı artımlarının özü və ya sponsoru tərəfindən “ADA” Universitetinin hesabına keçirilməsini öhdəsinə götürür. 1.2 2021/2022-ci tədris ilində təhsil haqqı və tələbə xərcləri daxil olmaqla illik təhsil xərcləri 6500 (altı min beş yüz) AZN-dir. O cümlədən, 2021/2022-ci tədris ili üçün tələbə xərcləri 750 (yeddi yüz əlli) AZN təşkil edir və illik təhsil xərclərinə daxildir. Bütün digər xərclər Universitetin daxili qaydalarına əsasən müəyyənləşdirilir və əlavə olaraq hesablana bilər. 1.3 Növbəti tədris ili (illəri) üçün təhsil haqqı və tələbə xərclərinin məbləğləri Universitet tərəfindən dəyişdirilə bilər və Təhsilalan bu cür dəyişikliklərə əvvəlcədən öz razılığını verir. Bu cür dəyişikliklər barədə Universitet daxili sənəd vasitəsi ilə Təhsilalanın məlumatlandırılmasını öz öhdəsinə götürür. Təhsilalan təhsil haqqının özü və ya sponsoru tərəfindən Universitetin hesabına vaxtında keçirilməsini öhdəsinə götürür.
Müqavilənin predmeti. 2.1. Bank Müştərinin yazılı və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş digər qaydada edilmiş müraciətinə əsasən aşağıdakı bank xidmətlərini (bundan sonra hər biri ayrı-ayrılıqda “Bank Xidməti”, birlikdə isə “Bank Xidmətləri” adlandırılacaqdır) göstərə bilər: 2.1.1. Bank hesablarının açılması və aparılması; 2.1.2. E-Bankçılıq xidmətlərinin göstərilməsi; 2.1.3. Müştəriyə Kartların (kredit və debet kart) təqdim edilməsi; 2.1.4. Nağd kreditlərin (təminatsız) verilməsi; 2.1.5. Müştəridən əmanətlərin qəbul edilməsi; 2.1.6. Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi. 2.2. Yuxarıda sadalanan Bank Xidmətlərinə uyğun olaraq Müştəri müvafiq vəsaitləri hesablara mədaxil etməyi və ödənişləri həyata keçirməyi öz üzərinə götürür. 2.3. Müştərinin hər dəfə istifadə edəcəyi Bank Xidmətlərinin Əsas Şərtləri Müştəri ilə Bank arasında bağlanmış müvafiq Razılaşmalarda müəyyən edilir. 2.4. Müqavilənin yuxarıdakı 2.1.1-2.1.6-cı bəndlərində göstərilən Xidmətlərlə bağlı hüquq münasibətləri həmin xidmətlərlə bağlı müvafiq Razılaşmaların bu Ümumi Şərtlərin 3-cü bəndinə uyğun olaraq Aksept edildiyi tarixdə (əgər müvafiq Razılaşmada başqa tarix nəzərdə tutulmamışdırsa) qüvvəyə minir.
Müqavilənin predmeti. 1.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. 1.2. Sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: 1.3.1. satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl); 1.3.2. bağlanılmış Müqaviləyə əsasən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl).
Müqavilənin predmeti. 1.1. Bu Müqavilə ilə BFL bağça və məktəbəqədər təhsilin dövlət standartı və proqramı, siniflər üzrə homoloqasiya verən Fransa Milli Təhsil Nazirliyinin tədris proqramlarına uyğun olaraq (liseyin kodu: n° UAI/RNE 2530001B), həmçinin Fransanın və Azərbaycanın tədris planları və proqramları əsasında (Fransa milli kurikulumu), BFL-in Daxili təlimatına uyğun şəkildə, dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, Təhsilalanın tərbiyəsini və təhsilə hazırlanmasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində BFL-ə Müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. 1.2. Bu Müqavilə fasiləsiz təhsilin həyata keçirilməsində ümumtəhsil pilləsini əhatə etməklə, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, BFL-də təhsil xxxx şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı Tərəflər arasında yaranan münasibətləri tənzimləyir. 1.3. BFL-də təhsil əyani formada aparılır. Təhsilalanın sağlamlığının və digər mənafelərinin qorunması məqsədilə, həmçinin əyani formada təhsilin aparılması BFL-dən asılı olmayan səbəblərdən qeyri mümkün olduqda, BFL distant (məsafədən) təhsil formasını (tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunması) tətbiq edə bilər. 1.4. Məktəbəqədər təhsil müəssisəsi ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, təhsilalanların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, sağlamlıq, incəsənət və ətraf mühitə həssas münasibətinin formalaşmasını təmin edir. 1.5. BFL dünyəvi məktəbdir, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də siniflər üzrə homoloqasiya verən Fransa Milli Təhsil Nazirliyinin təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafına xidmət edir.
Müqavilənin predmeti. Bu Müqavilə Xxxxxxxxx tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar əsasında, eləcə də Sifarişçinin _____________________ laboratoriyasının (bundan sonra - Laboratoriya) AZS İSO/İEC 17025-2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartının tələblərinə cavab verdiyi halda, İcraçının Sifarişçiyə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”inə əsasən ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun əvəzsiz (müqabilində ödəniş olunmadan) verilməsi ilə bağlı “Tərəflər” arasında münasibətləri tənzimləyir . Müqavilə ilə Sifarişçinin Laboratoriyası ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququ, habelə Müqaviləyə əlavədə təsdiq edilmiş fəaliyyət sahəsinə uyğun olaraq kalibrləmə fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti əldə edir. Bu Müqavilədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
Müqavilənin predmeti. Tərəflər Cəmiyyətin elektron portalında yerləşdirilmiş satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialına dair məlumatlarından və Nazirliyin əmlakından Cəmiyyətin istifadə etməsini, həmin məhsul istehsalçılarının fəaliyyətinin monitorinqinin aparılmasında Nazirliyin qurumları tərəfindən Cəmiyyətə dəstəyin göstərilməsini, ərzaq məhsullarının istehsalçıları (satıcıları) və təklif olunan məhsullar barədə məlumatların (qiymət təklif edildiyi halda qiymətinin də) müəyyən edilmiş müddətlərdə elektron portalda yerləşdirilməsini, habelə istehsalçının elektron portalda göstərilən istehsal həcmini yerinə yetirmək imkanında olmaması müəyyən edildikdə, bununla əlaqədar Cəmiyyətin elektron portalında xxxx məlumatlarda düzəlişlərin edilməsi məqsədi ilə birgə tədbirlərin həyata keçirilməsini təmin edirlər.
Müqavilənin predmeti. 2.1. Bu müqavilə Bank tərəfindən İstifadəçiyə verilmiş Ödəniş Kartı (bundan sonra -Kart) vasitəsilə qanunvericiliyə zidd olmayan əməliyyatların aparılması və elektron bankçılıqla bağlı xidmətlərin göstərilməsini, “İstifadəçi”nin isə ona göstərilən xidmətlərə görə banka xidmət haqqı ödəməsi öhdəliklərini, habelə bu müqavilədən irəli gələn digər hüquq və vəzifələrini tənzimləyir.
Müqavilənin predmeti. Qiymətli kazğızlar bazarı ilə bağlı qanunvericiliyin və digər normativ xarakterli aktların tələbləri çərçivəsində valyuta, əmtəə, qiymətli kağız və digər törəmə maliyyə alətləri üzrə Müştəri tərəfindən verilən ticarət sifarişlərinin qəbul edilməsi və reallaşdırılması üçün Şirkət tərəfindən Müştəriyə göstərilən xidmətlər və bu xidmətlərin həyata keçirilməsi şərtlərindən irəli gələn qarşılıqlı münasibətlər bu Müqavilənin predmetini təşkil edir.
Müqavilənin predmeti. 1.1. Bu müqavilənin predmetinə və s. dair şərtlər bank hesabı, debet kartı və internet/mobil bankçılıq xidmətinə aid müqavilənin müvafiq hissələrindəki maddələr\müddəalarla tənzimlənir. Yuxarıda qeyd olunan xidmətlərin Müştəriyə təqdim olunması üçün müvafiq Ərizə formalarının da Müştəri tərəfindən doldurularaq və imzalanaraq Xxxxxx təqdim olunması tələb oluna bilər. Bu Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün Ərizə formaları bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir.
Müqavilənin predmeti. “Təmsilçi” tərəfindən, “Sifarişçi”nin tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsi. Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı Müqavilənin tərkib hissəsi xxxx “Qiymətlərin razılaşdırılması protokolu”nda müəyyən edilmişdir (əlavə olunur).