Sifarişçinin vəzifələri Nümunə Maddələri

Sifarişçinin vəzifələri kalibrləmə fəaliyyətini keyfiyyət üzrə rəhbərlik sənədi əsasında həyata keçirmək; kalibrlənmə sertifikatını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş 11 nömrəli Əlavə - “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”ə 2 nömrəli Əlavədə göstərilmiş formaya və AZS İSO/İEC 17025-2020 standartının 7.8.4.-cü yarımbəndinə uyğun olaraq tərtib etmək; kalibrləmə fəaliyyətini AZS İSO/İEC 17025-2020 standartının tələblərinə uyğun şəkildə təşkil etmək; metroloji izlənmə sahəsində fəaliyyətini “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və AzAK-ın “Metroloji izlənmə siyasəti”nə uyğun olaraq təşkil etmək; “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ilə bağlı tələblərə riayət etmək; kalibrləmə fəaliyyətinə başlamazdan əvvəl, özünəməxsus nümunəvi ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, habelə onların dövlət reyestrinə daxil olunmasını müəyyən etmək, əgər uyğundursa kalibrləməni həyata keçirmək; ölçmə vasitələrinin kalibrlənməsini dövlət ilkin kəmiyyət vahidləri etalonları ilə izlənilən etalonlardan istifadə edilməklə, onlar olmadıqda isə xarici dövlətlərin kəmiyyət xxxxxx etalonları ilə izlənilən kəmiyyət xxxxxx etalonlarından istifadə edilməklə aparmaq; hər bir ölçmə vasitəsini özünə aid kalibrlənmə metodu(lar)na uyğun olaraq kalibrləmək; İcraçı tərəfindən tələb edilən kalibrləmə fəaliyyətinə aid bütün sənəd və məlumatları, o cümlədən Xxxxxxxxxxxx təqdim etdiyi sənədlərdə və sertifikatlarda xxxx məlumatların təsdiqlənməsi, dəqiqləşdirilməsi və ya aydınlaşdırılması üçün zəruri xxxx əlavə məlumatları təqdim etmək; təqdim edilən sənədlərdə aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması barədə İcraçının bildirişini aldıqdan sonra müəyyən edilmiş müddət ərzində uyğunsuzluqları aradan qaldırmaq və bu barədə İcraçını yazılı şəkildə məlumatlandırmaq; kalibrləmə fəaliyyətini həyata keçirərkən təsdiq edilmiş sahədən kənarlaşmaya yol verməmək və yalnız həmin sahə çərçivəsində fəaliyyət göstərmək; Müqavilə qüvvədə olduğu dövrdə baş vermiş əhəmiyyətli dəyişikliklər (hüquqi, kommersiya, mülkiyyət və ya təşkilati statusu, yerləşmə yeri, ünvanı, rəhbərliyi, əsas heyəti, resursları, fəaliyyət sahəsi ...
Sifarişçinin vəzifələri. Sifarişçi korrupsiya hallarının qarşısının alınması üçün bütün zəruri tədbirləri görəcəyini və aşağıdakı prinsiplərə əməl edəcəyini öhdəsinə götürür: 1.1.1. Sifarişçinin heç bir əməkdaşı, şəxsən və ya ailə üzvləri vasitəsilə, müqavilə və ya müqavilə tələbinin yerinə yetirilməsi ilə əlaqədar hər hansı üçüncü şəxsə vəd verməyəcək və ya həmin şəxsdən və ya şəxslərdən öz xeyrinə qeyri-qanuni hər hansı maddi və ya qeyri-maddi fayda əldə etməyəcək. 1.1.2. Sifarişçi tender prosesi ərzində Azərbaycan Respublikasının 27.12.2001-ci il tarixli “Dövlət Satınalmaları haqqında” qanununun müvafiq müddəalarına uyğun olaraq bütün iddiaçılara bərabərhüquqlu şəkildə davranacaq. Sifarişçi xüsusilə də tender prosesindən əvvəl və tender prosesi zamanı bütün İddiaçılara eyni məlumatı təqdim edəcək və hər hansı İddiaçıya tender prosesi və ya müqavilənin icrası ilə əlaqədar İddiaçının digər iddiaçılar qarşısında üstünlük əldə edə biləcəyi məxfi məlumatları təqdim etməyəcək. 1.2.Sifarişçinin hüquqları 1.2.1. Sifarişi “Dövlət Satınalmaları haqqında” qanunun 12-ci maddəsinə uyğun olaraq, satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə saxtakarlığa yol vermiş istənilən Podratçını prosesdən kənarlaşdıracaq.
Sifarişçinin vəzifələri. 2.2.1. İcraçının göstərdiyi xidmətlər ilə əlaqədar bu Müqavilənin qüvvəyə minmə tarixindən etibarən İcraçıya müraciət etmək və məlumatlar təqdim etmək; 2.2.2. Təqdim etdiyi avtonəqliyyat vasitəsinin sazlığına nəzarət etmək, yanacaq və digər ləvazimatları, zəruri texniki baxışını, təmirini, saxlanılması üçün müvafiq yeri (qaraj), avtonəqliyyat vasitəsinin istifadəsinə görə yaranan borcların ödənilməsini (İcraçının təqsiri ilə dəymiş zərər və yaranmış borclar 100 % həcmdə İcraçının hesabına ödənilir) təmin etmək; 2.2.3. Avtonəqliyyat vasitəsinin İcraçıya təhkim olunması və İcraçıdan xxxx təhvil alınması zamanı müvafiq sənədləşmənin aparılmasını təmin etmək; 2.2.4. İcraçıya Müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqını ödəmək və xidmət haqqından tutulan vergi və digər ödənişləri İcraçının əvəzinə aidiyyatı üzrə ödəmək. 2.2.5. Hər hansı üçüncü tərəf yanında İcraçının işgüzar nüfuzuna xələl gətirən, onu nüfuzdan salmağa yönəlmiş istənilən hərəkətləri etməmək.
Sifarişçinin vəzifələri. 4.2.1. Bu Müqavilənin şərtlərinə uyğun, keyfiyyətlə yerinə yetirilmiş işləri İcraçıdan qəbul etmək; 4.2.2. Xidmət və işlərin icra edilməsinə azı 7 (yeddi) təqvim günü qalmış İcraçıya zəruri xxxx məlumatları (məsələn, uşağın xidməti almaqdan imtina etməsi, ailəvi planınız, iştirak edəcək şəxs(lər)in xroniki və ya fəaliyyətini məhdudlaşdıra biləcək digər xəstəlik) təqdim etmək; 4.2.3. Bu Müqaviləni imzalayaraq, xxxxx://xxxxxxxxxxxx.xx/xxxxxx-xxxxxxx/ vebsaytda yerləşdirilən “Şərtlər və Qaydalar Toplusu” nun şərtlərinə əməl etmək; 4.2.4. Bu Müqavilə ilə nəzərdə tutulan məbləği Müqavilədə göstərilən müddətdə və məbləğdə ödəmək.

Related to Sifarişçinin vəzifələri

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 9.1. Bank: - Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Əmanətçinin adına müddətli əmanət hesabı açmaq və əmanət məbləğini qəbul etməklə saxlamaq; - Əmanətçiyə müvafiq əmanət müqaviləsində göstərilən dərəcədə faizlər hesablamaq və onun xxxx hesabına köçürmək; - Əmanət müqaviləsinin müddəti bitdikdə Əmanətçiyə əmanət məbləğini qaytarmaq və hesablanmış faizləri ödəmək; - Əmanətin qaytarılması və ya onun faizlərinin ödənilməsi şərtləri pozulduqda Əmanətçinin xxxx hesabına hər gecikdirilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının bank faizlərinin uçot dərəcəsi ilə nəzərdə tutulan məbləğdə cərimə ödəmək; - Hesabdan çıxarışlar və digər sənədləri Əmanətçinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndələrinə vermək; - Əmanətçinin hesabı üzrə aparılan əməliyyatlar və məbləğin qalığı barədə məlumatları üçüncü şəxslərə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda vermək; - Müddətli əmanət hesabında xxxx pul vəsaitinə Əmanətçinin qanunvericiliyə uyğun olaraq maneəsiz sərəncam vermək hüququna təminat verməklə, bu vəsaitdən istifadə etmək; - Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək; - Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən qaydada Bank əmanət üzrə faiz dərəcəsini dəyişdirmək hüququna malikdir; - Müvafiq əmanət üzrə illik faiz dərəcəsini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olmamaq şərtilə birtərəfli qaydada artırmaq hüququna malikdir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Yekun müddəalar 4.1. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və qüvvədə xxxx digər qanunvericilik aktları ilə tənzimlənir. 4.2. Bu müqavilə tərəflərin imzaladığı və təsdiq etdiyi vaxtdan qüvvəyə minir və bir qayda olaraq vəkilə həvalə edilmiş tapşırıq üzrə yekun qərar çıxarılanadək, işin xarakterindən asılı olaraq tapşırıq icra edildiyi vaxtadək və ya müqavilə ilə müəyyən edilmiş müddətədək qüvvədədir. 4.3. Müqavilə (və müqaviləyə Əlavə) azərbaycan dilində, eyni hüquqi qüvvəyə xxxxx xxxx vəkil qurumlarına münasibətdə 3 (üç) nüsxədə tərtib edlir, bir nüsxəsi vəkil qurumunda, bir nüsxəsi hüquqi yardım göstərən vəkildə saxlanılır və bir nüsxəsi isə müraciət edən şəxsə (nümayəndəyə), təqdim edilir. Fərdi qaydada fəaliyyət göstərən vəkil və hüquqi yardım göstərilən şəxslə bağlanan müqavilə bir nüsxəsi fərdi qaydada fəaliyyət göstərən vəkildə, digər nüsxəsi hüquqi yardım göstərilən şəxsdə (nümayəndədə) qalmaqla 2 (iki) nüsxədə tərtib olunur. 4.4. Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə xxxxx olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən xxx xxxx edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar. 4.5. Tərəflər müqavilə şərtlərinin onlara xxx xxxxx olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. a) İbtidai istintaqda iştirak günləri:________________________________________________________________________________________________________ b) İşi öyrənmək və məhkəmə iclasına hazırlıq günləri:___________________________________________________________________________________ c) Məhkəmə iclasında iştirak günləri: _____________________________________________________________________________________________________ ç) Məhkəmə protokolunun öyrənmə günləri: _____________________________________________________________________________________________

  • Ümumi müddəalar 2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. 2.2. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir. 2.3. Xxxxxx müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir. 2.4. «Müştəri»nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən «Bank» tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilə bilər. PİN-kod «Müştəri»nin imzasının analoqu hesab olunur. «Müştəri» tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. 2.5. Kart və PİN-kod xxxx qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir. 2.6.Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.

  • Sığorta predmeti 4.1. Şəkər çuğunduru bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

  • Tərəflərin məsuliyyəti 22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 25.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir. 25.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir. 25.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.