İstisnalar Nümunə Maddələri

İstisnalar. Sığortaçı aşağıda göstərilən hallarda məsuliyyət daşımır: 5.1.1 Hər bir hadisə üzrə Sığortalının öz üzərinə götürdüyü Sığorta şəhadətnaməsində göstərilən azadolma daxilində itkilər üçün; 5.1.2 Cərimələr, gecikmələrdən, müqavilənin ləğvindən və işin lazımı səviyyədə yerinə yetirilməməsi nəticəsində yaranan itkilərdə daxil olmaqla Hər növ dolayı itkilər, 5.1.3 səhv layihə materialların nöqsanlığı nəticəsində və tökmə və icra zamanı yaranan itki və ya zədə; 5.1.4 qüsurlu materialların və/və ya usta işinin düzəlişləri,dəyişdirilməsi və ya təmir xərcləri, xxxxx bu istisna birbaşa zədələnən elementlərə və düzgün istehsal edilmiş hissələrin hadisə nəticəsində dəymiş zərərlərə aid deyil 5.1.5 köhnəlmə, korroziya, oksidləşmə, istifadə olunması və normal atmosfer şəraiti üzündən korlanma; 5.1.6 tikinti qurğularının,avadanlığının və tikinti maşınlarının elektrik və ya mexaniki təsirlər nəticəsində sınması/dağılması,korlanması, qəza, sınma və nasazlıq, soyuducu və ya digər mayenin donmasından, keyfiyyətsiz sürtkü materiallının və ya yanacağın və ya soyuducu mayenin çatışmazlığı üzündən baş verən itki və ya zədə xxxxx, əgər bu cür korlanma və ya nasazlıq üzündən xarici dağılma baş verərsə, bu cür təsadüfi dolayı dağıntılar ödənilə bilər; 5.1.7 ümumi yollarda istifadəyə buraxılmış nəqliyyat vasitələrinin,üzən su vasitələrinin və ya təyyarələrin itkisi və ya zədələnməsi; 5.1.8 sənəd qovluqlarının, çertyojların, hesabların, kağızların, pulların, hər-hansı növ markaların, sənədlərin, borc öhdəliklərinin, banknotlarının, qiymətli kağızların, çeklərin itkisi və ya zədələnməsi; 5.1.9 inventarizasiya vaxtı aşkar edilmiş itkilər.
İstisnalar. Bu bölmə üzrə aşağıdakı halarda itkilərin əvəzini ödənilməyəcəkdir: a. Hər hansı bir qazma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması; b. Gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı bir layın və ya lay təzyiqin itməsi və ya azalması; c. Hər hansı köməkçi quyunun və yaxud onun bir hissəsinin bərpası və ya təkrar qazılması məqsədi ilə çəkilən xərclər və məsrəflər;
İstisnalar. Bu bölmə üzrə aşağıdakı hallarda itkilərin əvəzi ödənilməyəcəkdir: a. hər hansı bir qazıma və ya hasilat avadanlığına dəymiş zərər və ya оnların məhv оlması; b. gеcikmə nəticəsində (hasilat prоsеsində baş vеrmiş gеcikmə də daxil оlmaqla) mеydana çıxan hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və/və ya quyunun məhsuldarlığının dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı bir layın və ya lay təzyiqinin itməsi və ya azalması; c. hər hansı kоməkçi quyunun və yaxud оnun bir hissəsinin bərpası və ya təkrar qazılması məqsədi ilə çəkilən xərclər və məsrəflər; ç. bu sığоrta müqaviləsinin A bölməsi ilə təmin оlunmuş itki və ya zərər mеydana çıxmazdan əvvəl müvəqqəti оlaraq bağlanmış və ya ləğv еdilmiş və itki və ya zərər mеydana çıxdığı anda hələ də müvəqqəti оlaraq bağlı və ya ləğv еdilmiş vəziyyətdə оlan hər hansı bir quyunun quyudaxili avadanlığı, və yaxud təkrar qazılması və/və ya təkrar tamamlanması.
İstisnalar. 4.4.1. Bu cür müharibənin elan olunub olunmamasından asılı olmayaraq, müharibə və ya hər hansı hərbi əməliyyatlar, vətəndaş müharibəsi, müdaxilə və onun nəticələri; 4.4.2. xxxxx, qiyam, inqilab, hakimiyyətin ələ keçirilməsi; 4.4.3. iğtişaşlar, tətil və ya lokaut; 4.4.4. Səlahiyyətli orqanların sərəncamı ilə sığorta predmetlərinin müsadirəsi, həbsi, dağıdılması və ya korlanması; 4.4.5. atom və ya nüvə enerjisinin hər hansı bir formada istifadəsi nəticəsində; 4.4.6. bu zərərin nə vaxt müəyyən olunmasından asılı olmayaraq sığorta müddəti başlamazdan əvvəl dəyən hər hansı bir zərər; 4.4.7. məhsulun oğurlanması; 4.4.8. şum, kultivasiya, məhsul yığımı, suvarma və əkinlərin digər üsullarla emal olunması zamanı bitkilərə dəyən mexaniki zədələr; 4.4.9. toxumların səhv səpilməsi, sahələrin və əkinlərin insektisidlərlə, defoliantlarla və ya digər zəhərli kimyəvi maddələrlə işlənməsi və eləcə də həddən artıq gübrələrin verilməsi.
İstisnalar. Sığorta şəhadətnaməsinə başqa cür razılaşdırılmayıbsa, Sığortaçı və Sığortalı Sığortaçının aşağıdakılarla əlaqədar zərər ödənilməsinə görə cavabdehlik daşımadığı barədə razılığa gəlirlər:
İstisnalar. Sığortalının bu Qaydalarda nəzərdə tutulan zərərləri və xərcləri aşağıdakı halların nəticəsində ortaya çıxmışdırsa, sığorta ödənişi verilmir: 3.1 Sığortalının qərəzli hərəkətləri. 3.2 Yola çıxana qədər gəminin dənizə yararsızlığı haqqında Sığortalının xəbərdar olması. 3.3 Sığorta müqaviləsində xüsusi olaraq qeyd olunmamışdırsa, aşağıda sadalanan faktlar: 3.3.1 Müharibə, hərbi əməliyyatlar və ya digər hərbi tədbirlər. 3.3.2 Vətəndaş müharibəsi, inqilab, qiyam, xalq iğtişaşları. 3.3.3 Tətillər, lokautlar və analoji hadisələr. 3.3.4 Hərbi əməliyyatların, tətillərin və s. (fırıldaqçılıq və dəniz quldurluğu halları istisna olmaqla) nəticəsində əsir alınma, tutulma, həbs edilmə və ya tutulub saxlanılma.
İstisnalar. Әgәr sığorta şәhadәtnamәsindә birbaşa nәzәrdә tutulmamışdırsa, aşağda göstәrilәnlәr üzrә tәminat verilmir:
İstisnalar. Bu müqavilə üzrə Sığortalının aşağıdakı hallara görə məsuliyyəti əhatə olunmur: 3.1. Zərərçəkənin, əmək müqaviləsi ilə öz üzərinə qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən artıq öhdəlik götürməsi ilə əlaqədar hallar, 3.2. Zərərçəkənin pul vəsaitlərinə, qiymətli kağızlarına, hər hansı əmlakına və avtonəqliyyat vasitələrinə dəymiş zərərlər, 3.3. Təbii ölüm, intihar, həmçinin İşçinin qeyri-qanuni hərəkət etdikdə aldığı bədən xəsarətləri, 3.4. Hərbi əməliyyatlar, mülki çaxnaşma, tətil nəticəsində istehsalatda alınmış xəsarətlər, 3.5. İonlaşdırıcı şualanma və ya radiasiyanın hər hansı təsiri ilə əlaqədar xəsarətlər, 3.6. Asbestin və ya onun məhsulunun hasili, emalı və istehsalı zamanı, həmçinin onun orqanizmə xxxx təsiri ilə əlaqədar xəsarətlər, 3.7. «Fors major» hadisəsindən irəli gələn xəsarətlər.
İstisnalar. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutlmayıbsa: 4.3.1. Manqо, saqqо, at vəbası, heyvan vəbası, vərəm, bruselyоz, keçici ciyər ağrısı хəstəlikləri; 4.3.2. Yarış, оyun və ya güc sınaqları; 4.3.3. Bütün növ yarış atları və xxxx heyvanları; 4.3.4. Müharibə, hər cür hərbi hərəkətlər, istila, хarici düşmən hərəkətləri, (müharibə elan edilib- edilməməsindən asılı оlmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyan və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin nəticəsi; 4.3.5. Nüvə partlayışı radiasiya, radiоaktiv çirklənmə, və bunlarla əlaqədar həyata keçirilən hərbi və inzibati tədbirlərin nəticəsi; 4.3.7. Səlahiyyətli оrqanlarının sərəncamı ilə heyvanların məhvi, mənimsənilməsi və ya müsadirə edilməsi;