SIĞORTAÇININ MƏSULİYYƏT HƏDLƏRİ (SIĞORTA MƏBLƏĞİ) Nümunə Maddələri

SIĞORTAÇININ MƏSULİYYƏT HƏDLƏRİ (SIĞORTA MƏBLƏĞİ). 3.1. Sığorta məbləği tərəflərin razılığı əsasında sığorta müqaviləsi ilə müəyyən olunur. Sığorta müqaviləsinin bağlanıldığı zaman tərəflərin müəyyən etdikləri sığorta məbləği, bir qayda olaraq Sığortalıya məxsus əmlakın onun olduğu yerdə, sığorta müqaviləsinin bağlandığı günə malik olduğu dəyərdən, eləcə də 2№-li Əlavənin 1, 4 və 5-ci Bölmələrində sadalanan sığorta hadisələrinin baş verəcəyi təqdirdə bunlarla əlaqədar Sığortalının məruz qala biləcəyi mümkün ziyanın məbləğindən artıq ola bilməz. Sığorta müqaviləsi 2№-li Əlavənin bir neçə bölməsi (1-6) əsasında bağlanarsa, bu halda sığorta məbləği hər bir əmlak və risk üzrə ayrılıqda, haqqında sığorta müqaviləsi bağlanan sığorta obyeklərinin sığorta dəyəri nəzərə alınmaqla müəyyən ediləcəkdir.

Related to SIĞORTAÇININ MƏSULİYYƏT HƏDLƏRİ (SIĞORTA MƏBLƏĞİ)

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;