Qüvvəyə minmə Nümunə Maddələri

Qüvvəyə minmə. (1) Bu Konvensiyanın 15-ci maddəsinə əsasən, on beşdən az olmayaraq dövlət ratifikasiya, qəbul və ya təsdiq barədə qeyd-şərt olmadan imzaladıqdan və ratifikasiya, qəbul, təsdiq və yaxud qoşulma haqqında zəruri sənədləri saxlanılmağa göndərdikləri gündən on iki ay keçdikdən sonra Konvensiya qüvvəyə minir. (2) Bu Konvensiyanın ratifikasiyası, qəbulu, təsdiq edilməsi və ya Konvensiyaya qoşulma üçün sənədləri, Konvensiyanın qüvvəyə minməsi üçün zəruri xxxx şərtlərin yerinə yetirilməsi tarixi ilə bu cür qüvvəyə minmə tarixi arasındakı dövrlərdə saxlanmağa təqdim etmiş dövlətlər üçün, ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma, hansı tarixin daha sonra gəlməsindən asılı olaraq, ya bu Konvensiya qüvvəyə mindiyi tarixdən, ya da müvafiq sənədlərin saxlanma üçün təhvil verildiyi gündən üç ay keçdikdən sonra qüvvəyə minir. (3) Konvensiya qüvvəyə mindiyi tarixdən sonra ratifikasiya, qəbul, təsdiq və ya qoşulma üçün sənədləri təhvil vermiş dövlətlər üçün bu Konvensiya, müvafiq sənədi təhvil verdiyi gündən üç ay sonra qüvvəyə minir. (4) Konvensiyaya əlavələr edildiyi tarixdən sonra ratifikasiya, qəbul, təsdiq və qoşulma barədə saxlanmaq üçün verilən hər bir sənəd 14-cü maddəyə uyğun olaraq, Konvensiyaya düzəlişlərlə tətbiq olunur.
Qüvvəyə minmə. Bu Konvensiya otuzuncu ratifikasiya fərmanının və yaxud qəbul, təsdiqvə ya qoşulma haqqında sənədin saxlanılmağa verildiyi tarixdən üç ay sonra və yalnız o tarixdə və ya ondan öncə ratifikasiya, qəbul, təsdiq və ya qoşulma üzrə öz müvafiq sənədlərini təqdim etmiş dövlətlərə münasibətdə qüvvəyə minir. Hər hansı digər İştirakçı Dövlətə münasibətdə bu Konvensiya, həmin dövlətin öz ratifikasiya fərmanını və yaxud qəbul, təsdiq və ya qoşulma haqqında sənədini saxlanılmağa verdiyi gündən üç ay sonra qüvvəyə minir.
Qüvvəyə minmə. Bu Memorandum 5 il müddətinə bağlanır və dövlətdaxili prosedurları yerinə yetirdikdən sonra sonuncu məlumat alındığı tarixdən qüvvəyə minir. Əgər Tərəflərdən biri bu Memorandumun qüvvədə olmasının başa çatmasına qalan 6 (altı) aydan gec olmayaraq öz yazılı bildirişi ilə onun ləğv olunması haqqında niyyətini bildirməzsə, Memorandum növbəti beş illik dövrlərə avtomatik olaraq uzadılacaqdır.
Qüvvəyə minmə. Bu Konvensiya, müvafiq Hökumətlər özlərinin müvafiq Dövlətlərində yerinə yetirilməsi tələb olunan daxili prosedurların bitməsi haqqında bir-birinə sonuncu yazılı bildirişi təqdim etdiyi gündən sonrakı gün qüvvəyə minəcək və onun müddəaları Konvensiyanın qüvvəyə mindiyi təqvim ilindən sonrakı təqvim ilinin yanvar ayının ilk günündə və ya ondan sonra başlayan vergitutma illəri və dövrlərinə münasibətdə qüvvədə olacaqdır.
Qüvvəyə minmə. Bölmə 5.01. Aşağıdakılar Kreditin verilmə Qaydalarının 9.01 (i) Bölmə-sinin məqsədləri üçün bu Kredit Sazişinin qüvvəyə minməsinin əlavə şərtləri kimi müəyyən olunmuşdur: (a) Borcalan LHKQ-nu yaradacaq. Layihənin direktorunu təyin edəcək və Banka münasib xxxx LHKQ-nun işçilərini müqavilə əsasında işə götürəcəkdir; (b) Borcalan LİQ-nı yaradacaq; və (c) Borcalan Banka qənaətbəxş şəkildə, daşqının zərərlərini minimuma endirmək üçün müdafiə zonalarını müəyyən edən və hər daşqın zonası üzrə torpaqdan istifadəni göstərən qərar hazırlayacaqdır. Bölmə 5.02. Kredit vermə Qaydalarının 9.04 Bölməsinin məqsədləri üçün Kredit Sazişinin qüvvəyə minməsi məqsədilə müəyyən olunmuş bu Kredit Sazişinin tarixindən sonra doxsan (90) gün olacaqdır.
Qüvvəyə minmə. 11.1. Bu Müqavilə və onun ayrılmaz və tərkib hissəsini təşkil edən Əlavələr minimum 5 (beş) dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı bu Müqavilənin 9-cu Maddəsinə əsasən Müqavilə Tərəfləri statusunu aldığı tarixdən sonrakı 30-cu (otuzuncu) gündə qüvvəyə minmiş hesab olunacaqdır. Bu minimum 5 (beş) dövlətə Avropa Birliyi, Yaponiya və Amerika Birləşmiş Ştatları daxil olmalıdır. 11.2. Bu Maddənin 11.1-ci bəndinin şərtləri 10.1-ci bənddə göstərilmiş tarixdən sonra 15 (on beş) ay ərzində yerinə yetirilməzsə, bu zaman hazırkı Müqavilə və onun ayrılmaz və tərkib hissəsini təşkil edən Əlavələr minimum 8 (səkkiz) dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı bu Müqavilənin 9-cu Maddəsinə əsasən Müqavilə Tərəfləri statusu aldığı tarixdən sonrakı 30-cu (otuzuncu) gündə qüvvəyə minmiş hesab olunacaqdır. Müqavilə 10.1-ci bənddə göstərilmiş tarixdən sonra 16 (on altı) aydan tez qüvvəyə minə bilməz. Bu 8 (səkkiz) Müqavilə Tərəflərindən minimum 1-i (biri) ya Avropa Birliyi, Yaponiya, ya da Amerika Birləşmiş Ştatları olmalıdır. 11.3. Bu Müqavilə qüvvəyə mindikdən sonra onun Tərəfi xxxx istənilən ölkəyə və ya regional iqtisadi inteqrasiya təşkilatlarına münasibətdə həmin ölkə və ya regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən ratifikasiya, qəbul, təsdiq və qoşulma haqqında sənədlərini təqdim olunduğu tarixdən 60 (altmış) gün sonra qüvvəyə minəcəkdir.
Qüvvəyə minmə. 1. Razılığa gələn Dövlətlərin hər biri digərinə bu Sazişin qüvvəyə minməsi üçün onun qanunvericiliyi ilə tələb olunan prosedurların bitməsi barədə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim edir. 2. Saziş sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minəcək və onun müddəaları Sazişin hüquqi qüvvəyə mindiyi ildən sonrakı təqvim ilinin əvvəlinə və ya ondan sonra əldə edilən gəlirlərə və mövcud olanlk əmlaka münasibətdə tətbiq ediləcəkdir.
Qüvvəyə minmə. Bu Saziş, Razılığa gələn Tərəflərdən birinin digərinə bu Sazişin qüvvəyə minməsi üçün öz qanun və qaydalarına uyğun olaraq zəruri tələblərin yerinə yetirildiyini bildirən sonuncu bildirişinin tarixindən qüvvəyə minir. Bunun təsdiqi olaraq, aşağıdakı şəxslər öz müvafiq Hökumətləri tərəfindən lazımi səlahiyyətlərə malik olaraq, Preambula, on səkkiz (18) maddə və bir Əlavədən ibarət xxxx bu Sazişi imzalamışlar. Tehran şəhərində 20 may 2002-ci ildə, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə tərtib edilmişdir, bütün mətnlər eyni qüvvəyə malikdir. Saziş mətninin təfsiri zamanı hər hansı fikir ayrılığı yaranarsa, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir. Azərbaycan Respublikası Hökuməti adından (imza) İran İslam Respublikası Hökuməti adından (imza)

Related to Qüvvəyə minmə

  • ÜMUMİ MÜDDƏALAR 3.1. Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı xxxx xxxx hesab vasitəsilə hesablaşma-xxxxx əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. 3.2. Bu ofertada və Bank tərəfindən bildirilən digər bütün şərtlər “sayt”da əks olunur. 3.3. Müştəriyə təqdim olunan kartın növündən asılı olaraq, xxxxxx xxxx hesabındakı gündəlik qalığına “sayt”da qeyd olunan illik faiz dərəcəsi ilə əlavə ödəniş hesablana bilər. Əlavə ödəniş hesablanarsa, hər təqvim ayının sonuncu iş günü Müştərinin istifadəsindəki xxxxxx xxxx hesabına köçürülür. Müştərinin kartında xxxx şəxsi vəsaitinə hesablanacaq faiz dərəcəsi haqqında məlumat “sayt”da əks olunur. 3.4. Kartdan nağdlaşdırmaya görə komissiya Bankın tariflərinə uyğun olaraq tənzimlənir. 3.5. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. 3.6. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər əsasında hesab açır və həmin hesabdan istifadə etmək üçün “Müştəri”yə kart verir. 3.7. Bankın müəyyən etdiyi bütün tariflər “sayt”da yerləşdirilir və “Müştəri” “sayt”a mütəmadi daxil olaraq onlarla xxxxx olur. “Müştəri” tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı “Bank” tərəfindən akseptsiz qaydada onun hesabından silinir. 3.8. “Müştəri”yə kart verilərkən müvafiq eyniləşdirmə (sistemdə kartın “Müştəri”yə aid olması) edildikdən sonra kartın ilk PİN-kodu “Bank” tərəfindən “Müştəri”yə SMS vasitəsilə “Müştəri”nin Xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilir və ya PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal, ATM və ya mobil əlavə vasitəsilə şəxsən təyin oluna bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur. “Müştəri” tərəfindən kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. 3.9. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. 3.10. “Bank”, “Müştəri”yə əsas kartla yanaşı, onun yazılı ərizəsi əsasında (ərizənin imzanın digər analoqundan istifadə etməklə təqdim edilməsi daxil olmaqla) Bankın tariflərinə uyğun ödəniş edilməklə əlavə kart verə bilər. Əlavə kartlarla və ya kartlar üzərindəki məlumatları daxil etməklə aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti “Müştəri” daşıyır. 3.11. Müəyyən texniki səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri”nin “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi hesablana bilər. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda “Bank”, “Müştəri”ni xəbərdar etmədən kartla əməliyyatların aparılmasını dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya “Müştəri”yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu “Bank” tərəfindən “Müştəri”yə məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Bank müştərinin hesabını kreditləşdirə də bilər. Bu zaman Bankın tariflərində qeyd edilən şərtlər tətbiq olunur. 3.12. Bank kartın verilməsinə görə uyğun gördüyü hər cür təminatı “Müştəri”dən tələb etmək hüququna malikdir. “Müştəri” Bankın müəyyən etdiyi şərt və formalarda təminat verməyə borcludur. Bank mümkün ola bilən ziyanın qarşısını almaq üçün müəyyən etdiyi miqdarda sığorta depozitinin qoyulmasını tələb edə və sığorta depozitinin miqdarını birtərəfli qaydada dəyişdirə bilər. “Müştəri”nin Banka verdiyi sığorta depoziti kartdan istifadə nəticəsində yarana bilən borcların qaytarılması üçün nəzərdə tutulur. 3.13. Bu hesabdan “Müştəri”nin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar “Müştəri”nin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda “Müştəri”nin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən və ya digər bank hesablarından xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır və ya “Müştəri”nin Xxxxxx sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesabı olarsa, məbləğ həmin hesaba köçürülür. 3.14. Kartla əməliyyatların aparılması ilə əlaqədar “Müştəri”dən daxil xxxx şikayətlərə baxılarkən Bank əməkdaşları tərəfindən Xxxxxx saxlanılan sənədlərdən sübut kimi istifadə istifadə edilə bilər. 3.15. Kartın itirilməsi, oğurlanması və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında kartın bloklaşdırılması məqsədilə “Müştəri” tərəfindən Bankın Məlumat Mərkəzinə (tel: + 00000 000) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”xxx əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. 3.16. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə “Müştəri” qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı “Müştəri” tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur. 3.17. Kartdan istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq yerli və ya beynəlxalq kart təşkilatlarının qaydalarına və bu ofertaya uyğun şəkildə aparılır. 3.18. “Müştəri”nin kart ilə apardığı nağd və ya nağdsız əməliyyatın valyutası kart hesabının valyutasından fərqləndiyi halda məbləğin konvertasiyası: - Əməliyyat “Bank”ın xidmət etdiyi qurğularda (bankomat, POS-Terminal, online ticarət) baş tutduğu təqdirdə “Bank”ın tariflərində qeyd edilən məzənnə əsasında, - Əməliyyat “Bank”ın xidmət etmədiyi qurğularda baş tutduğu təqdirdə isə həm “Bank”ın, həm Ekvayerin (mal, iş, xidmət təklif edən şəxsin müvəkkil bankı), həm də “Bank”la Ekvayer arasında iştirak edən Ödəniş Təşkilatının (maliyyə əməliyyatlarının və hesablaşmaların həyata keçməsini təmin edən sistem) müəyyən etdiyi məzənnə əsasında aparılır. 3.19. Kart vasitəsilə kart hesabının valyutasından fərqli valyutalarda aparılan əməliyyat zamanı məbləğin bloklaşdırıldığı və hesabdan silindiyi (ödəniş tələbinin bank sisteminə daxil olduğu tarix) tarixlərdə valyuta məzənnəsindəki mümkün dəyişikliklər nəticəsində hesabdan faktiki silinən məbləğ bloklaşdırılmış məbləğlə eyni və ya fərqli ola bilər. Valyuta məzənnəsinin dəyişməsi nəticəsində yarana biləcək zərərə görə risk “Müştəri”nin üzərinə düşür. 3.20. Bu oferta Müştərinin ərizəsi əsasında, onun xxxxx Xxxxxx, Bankın filial və şöbələrində gələcəkdə açılacaq hər hansı növ bank hesabı üçün, habelə hər hansı kart təqdim edilməsi və ona xidmət göstərilməsi üçün hüquqi əsas ola bilər, bir şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan məcburi tələblərə əməl olunsun və Bank tərəfindən ayrı qayda müəyyən edilməsin. 3.21. Ödəniş sistemləri üzərində nəzarət funksiyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir (Tel.: 000 00 00, Faks: 493 55 41, e-mail xxxx@xxxx.xx) 3.22. Müştəri öz hesabının müstəqil sərəncamçısıdır. 3.23. Müştərinin xarici valyutada xxxx xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır. 3.24. Müştərinin hesabından silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir. 3.25. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər. 3.26. Bankla Müştəri arasında hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin hesabı üzrə əməliyyatları, hesabdakı qalıq çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir. 3.27. Müştəri üçün əməliyyat günü bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir. 3.28. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir. 3.29. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir. 3.30. Bank, internet şəbəkəsində Müştərinin kart ilə apardığı əməliyyatlara dair onun kart hesabından silinmələrə, kartdan PİN kodun daxil edilməsi ilə istifadə olunması nəticəsində vəsait silinməsinə, habelə kartla silinmiş vəsaitin ödənilməsinə görə heç bir məsuliyyət daşımır. 3.31. Məsuliyyətin ötürülməsi qaydasının (liability shift rule) tətbiq edilmədiyi ölkələrdə icra olunan əməliyyatlar zamanı yaranan fırıldaqçılıq hallarına görə Bank, kart istifadəçisi qarşısında məsuliyyət daşımır. Bu kateqoriyaya aid ölkələrdə aparılan əməliyyatlar zamanı Bankın rəsmi saytında (xxxxxxx.xx) yerləşdirilmiş təhlükəsizlik qaydalarına riayət edilməlidir. 3.32. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir. 3.33. Ödəniş sənədinin Banka icra üçün təqdim edilmə vaxtı keçdikdə, ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda, ödənişin təyinatı və əsası göstərilmədikdə, rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında uyğunsuzluq olduqda, üzərində düzəliş və ya pozulmalar edildikdə, nüsxələr eyni olmadıqda, ödəniş sənədində və imza nümunələri vərəqəsində qeyd olunmuş imzalar arasında uyğunsuzluq olduqda, möhür olmadıqda və ya uyğun gəlmədikdə (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda) ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur. 3.34. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu oferta və (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir. 3.35. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bank tərəfindən hesab üzrə birtərəfli qaydada əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması, bank hesablarının bağlanması (ləğv edilməsi), kartla əməliyyatların aparılmasının məhdudlaşdırılması həyata keçirə bilər.

  • Ümumi müddəalar 2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. 2.2. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir. 2.3. Xxxxxx müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir. 2.4. «Müştəri»nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən «Bank» tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilə bilər. PİN-kod «Müştəri»nin imzasının analoqu hesab olunur. «Müştəri» tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. 2.5. Kart və PİN-kod xxxx qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir. 2.6.Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • Yekun müddəalar 4.1. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və qüvvədə xxxx digər qanunvericilik aktları ilə tənzimlənir. 4.2. Bu müqavilə tərəflərin imzaladığı və təsdiq etdiyi vaxtdan qüvvəyə minir və bir qayda olaraq vəkilə həvalə edilmiş tapşırıq üzrə yekun qərar çıxarılanadək, işin xarakterindən asılı olaraq tapşırıq icra edildiyi vaxtadək və ya müqavilə ilə müəyyən edilmiş müddətədək qüvvədədir. 4.3. Müqavilə (və müqaviləyə Əlavə) azərbaycan dilində, eyni hüquqi qüvvəyə xxxxx xxxx vəkil qurumlarına münasibətdə 3 (üç) nüsxədə tərtib edlir, bir nüsxəsi vəkil qurumunda, bir nüsxəsi hüquqi yardım göstərən vəkildə saxlanılır və bir nüsxəsi isə müraciət edən şəxsə (nümayəndəyə), təqdim edilir. Fərdi qaydada fəaliyyət göstərən vəkil və hüquqi yardım göstərilən şəxslə bağlanan müqavilə bir nüsxəsi fərdi qaydada fəaliyyət göstərən vəkildə, digər nüsxəsi hüquqi yardım göstərilən şəxsdə (nümayəndədə) qalmaqla 2 (iki) nüsxədə tərtib olunur. 4.4. Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə xxxxx olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən xxx xxxx edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar. 4.5. Tərəflər müqavilə şərtlərinin onlara xxx xxxxx olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. «____» «________» 20 ____ ci il ________________ № li order verilmişdir. a) İbtidai istintaqda iştirak günləri:________________________________________________________________________________________________________ b) İşi öyrənmək və məhkəmə iclasına hazırlıq günləri:___________________________________________________________________________________ c) Məhkəmə iclasında iştirak günləri: _____________________________________________________________________________________________________ ç) Məhkəmə protokolunun öyrənmə günləri: _____________________________________________________________________________________________

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.

  • Sığorta predmeti 4.1. Şəkər çuğunduru bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.