SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. Aşağıdakı hallar sığorta təminatına daxil deyildir: Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, müharibə elan edilib-edilməməsindən asılı olmayaraq həyata keçirilən hərbi əməliyyatlar, vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər; Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər; Səlahiyyətli orqanların sığortalanmış əmlakdan istifadə etməsi nəticəsində meydana gələn ziyan və zərərlər; Layihə və konstruksiyanın səhv olmasına və ya düzgün tətbiq edilməməsinə görə dəyən ziyan və zərərlər; İnşaat, tikinti və quraşdırma işlərinin aparılması zamanı qüsurlu materialdan istifadə olunması, işlərin layihəyə uyğun aparılmaması (Qeyd: bu istisnalar qüsurlu materiallar və hissələrin təmir və bərpa xərclərinə aiddir və bu səbəblərə görə digər sığorta predmetlərinə ziyan və zərərlər sığorta təminatına daxildir); Aşınma, korlanma, korroziya, çürümə və paslanmalar; İnşaat, tikinti, quraşdırma işlərində və istehsal müəssisələrində istifadə olunan maşın və avadanlıqların mexaniki və elektrik qəzaları və sınmaları (Qeyd: bu qəza və sınmaların sığorta olunmuş digər sığorta predmetlərinə vuracağı zərərlər sığorta təminatına daxildir); İnşaat, tikinti, quraşdırma işlərinin görülməsi zamanı və istehsal prosesində müəyyən olunmuş texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi (Qeyd: sığorta predmetinə texniki təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində vurulan zərər digər sığorta predmetlərinə zərər vurulması ilə nəticələndiyi halda, həmin digər predmetlərə vurulan zərərlər sığorta təminatına daxildir); İnventar çatışmazlığı; Sığortalının və ya onun adından fəaliyyət göstərən cavabdeh şəxsin qərəzli və ya qəsdən edilmiş hərəkətləri; Tikinti və ya konstruksiyanın başa çatmış və ya müvəqqəti olaraq qəbul edilmiş, habelə sifarişçiyə təhvil verilmiş və ya sifarişçi tərəfindən istifadə olunan hissələrində birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər. Ayrıca olaraq sığorta etdirilibsə, zəmanət vaxtı başa çatan hissələrdə birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər; İnşaat və quraşdırma işlərinin, istehsal prosesinin gecikməsinə, qismən və ya tamamilə dayanmasına, öhdəliyin yerinə yetirilməməsinə, müqavilənin ləğv edilməsinə və ya cəza şərtlərinin tətbiq edilməsinə görə dəyən zərərlər də daxil olmaqla gözlənilən gəlirin itirilməsi, estetik qüsurl...
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. 5.1. Aşağıdakılar nəticəsində sığorta obyektinin məhv olması və ya zədələnməsi sığorta təminatına daxil edilmir:
5.1.1. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi;
5.1.2. Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
5.1.3. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib-edilməməyindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq ixtişaşları, tətillər, qiyam, tədricən xalq üsyanları və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi hərəkətlər;
5.1.4. Dövlət orqanlarının sərəncamı ilə dəmiryol nəqliyyat vasitəsinin ləğvi, müsadirə edilməsi, üzərinə həbs qoyulması;
5.1.5. Dəmiryol nəqliyyat vasitəsinin zəbt edilməsi və ya qaçırılması;
5.1.6. Dəmiryol nəqliyyat vasitəsinin gedişə buraxılmasına qədər onun hərəkətə yararsızlığı haqqında sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması;
5.1.7. Zərbə dalğasının bilavasitə və ya vasitəli təsiri;
5.1.8. Dəmiryol nəqliyyat vasitəsinin sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi;
5.1.9. Dəmiryol nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olmayan şəxslər tərəfindən idarə edilməsi;
5.1.10. Maşinistin, sığortalının (Faydagötürənin) və ya onun nümayəndəsinin yanğına qarşı təhlükəsizlik və dəmiryol hərəkəti üzrə təhlükəsizlik qaydalarına riayət olunmaması;
5.1.11. Sığorta olunmuş dəmiryol nəqliyyatı vasitələrindən təyinatı üzrə istifadə edilməməsi;
5.1.12. Dəmiryol nəqliyyat vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
5.1.13. Dəmiryol nəqliyyat vasitəsinin onun texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
5.1.14. Onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, dəmiryol nəqliyyat vasitəsinin hissələrinin sınması;
5.1.15. Dəmiryol nəqliyyat vasitəsinin toksik, spirtli və narkotik qəbul edərək, sərxoşluq vəziyyətində xxxx maşinist tərəfindən idarə edilməsi.
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. 4.1. Sığortaçı tətil, xarici təcavüz, hərbi əməliyyatlar (müharibə elan olunub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, qiyam, terrorizm, hakimiyyət çevrilişi, hərbi çevriliş, radiaktiv yoluxmalar, daşqın, zəlzələ və digər təbii fəlakətlər, epidemiya, ətraf mühitin çirkləndirilməsi və yaxud digər fors major vəziyyətlər zamanı sığortalıya yardım göstərməkdən imtina edilməsinə və ya gecikdirilməsinə görə məsuliyyət daşımır.
4.2. Sığortalının servis xidmətinin göstərişlərini yerinə yetirməkdən əsassız imtina etməsi onun sığorta hadisəsi üzrə yardım almaq və hazırki qaydalarda nəzərdə tutulan xərclərin əvəzini almaq hüququnu itirməsinə səbəb olur.
4.3. Sığorta hadisəsinə aşağıda sadalananlar aid edilmir :
a) Sığortalının xalq iğtişaşlarında, üsyanlarda, qiyamlarda, müharibələrdə və s. də iştirakı nəticəsində xəsarət xxxxxx;
b) Radioaktiv şüalanmanın birbaşa və ya dolayı təsiri nəticəsində alınan xəsarət və ya xəstəlik;
c) Sığorta müqaviləsi bağlanan tarixə qədərki son 6 ayda müalicə və stomatoloji müdaxilə (kömək) tələb etmiş xəstəliklər (Qeyd: əgər tibbi yardım həyatın xilas edilməsi, kəskin ağrının və ya əmək qabiliyyətinin uzun müddətli itirilməsinin qarşısını almaq üçün məcburi tibbi müdaxilə ilə əlaqədar olmuşdursa, bu məhdudiyyət tətbiq edilmir);
d) Hamiləliklə, doğuşla, onların mürəkkəbləşməsi və nəticələri, həmçinin abortlarla əlaqədar xərclər (Qeyd: bədbəxt hadisə və ya gözlənilməz xəstəlik nəticəsində hamiləliyin məcburi dayandırılması halları istisna olmaqla);
e) əsəbi və ya pisixi xəstəliklərdən (depresiya) ortaya çıxması və kəskinləşməsi;
f) kəskinləşmə və ya qəfil dekompensasiya zamanı həyatın xilas edilməsi üçün təcili yardım göstərilməsi halları istisna olmaqla, xroniki xəstəliklər. Böhrandan sonra müalicənin başa çatdırılmasına, müayinəyə, nəqliyata, repatriasiyaya çəkilən xərclər təminata daxil edilmir.
g) alkoqolik, narkotik və ya toksik sərxoşluq nəticəsində əmək qabiliyyətinin (tam və ya qismən) itirilməsi.
h) Sığortalının intiharı, intihara qəsdi, özünü qəsdən şikəst etməsi və ya xəstələnməsinə və ya zədələnməsinə səbəb xxxx hər hansı düşünülmüş hərəkəti;
i) zöhrəvi xəstəliklər, cinsi yolla keçən yolla keçən xəstəliklər, QİÇS (SPİD) və ya ona oxşar sindiromlar.
j) həvəskar səviyyədə avto-moto idman (avtomobil, motosklet və hər hansı mexaniki hərəkət vasitələri), hava idman növləri, alpinizm, sualtı üzgüçülüklə, speleologiya, döyüş idman növləri məşğul olma nəticəsində baş verən bədbəxt hadisələr.
k) əlavə tarif ödənilm...
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. Aşağıdakı hallar nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi Sığorta təminatına daxil edilmir: 7.1.Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdən edilmiş hərəkətləri və ya müəyyən olunmuş texniki təhlükəsizlik, o cümlədən hava gəmisinin idarə olunması üzrə müəyyən olunmuş xxxxx və qaydalara əməl etməməsi; 7.2.Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma; 7.3.Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin münaqişəsi, elan edilib edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq ixtişaşları, tətilllər, qiyam, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq ixtişaşları, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər; 7.4.Dövlət orqanlarının sərəncamı ilə hava gəmisinin ləğvi, mənimsənilməsi, müsadirə edilməsi, üzərinə həbs qoyulması və ya məhv edilməsi; 7.5.Hava gəmisinin zəbt edilməsi; 7.6.Hava gəmisinin uçuşa buraxılmasına qədər onun uçuşa yararsızlığı haqqında Sığortaçının və ya onun nümayəndəsinin xəbərdar olması; 7.7.Partlayış zərbəsi dalğasının bilavasitə təsiri; 7.8.Hava gəmisinin təyinatı üzrə istifadə edilməməsi, həmçinin sığorta müqaviləsində və ya sığorta müqaviləsinin bağlanması üçün ərizə formasında nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi; 7.9.Hava gəmisinin pilot sertifikatı (vəsiqəsi), həmçinin müəyyən tipli hava gəmisini müstəqil idarə etmək üçün lazımi hazırlığı və ya təcrübəsi olmayan şəxslər tərəfindən idarə edilməsi; 7.9.Tam olmayan heyət ilə həyata keçirilən mülki hava gəmisinin uçuşu; 7.10.Qəzanın qarşısının alınması məqsədilə zəruri məcburi hallar istisna olmaqla, hava gəmisinin enişi üçün təyin olunmamış düşmə meydanından istifadə edilməsi ; 7.11.Hava gəmisinin və ya onun hissələrinin köhnəlməsi, aşınması; 7.12.Hava gəmisinin onun uçuş-texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı; 7.13.Hava gəmisinin sınaq uçuşları zamanı qəzaya uğraması; 7.14.Yer səthində hərəkət zamanı və ya dayanarkən hava gəmisinin işləyən mühərrikinə yad predmetlərin düşməsi.
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. Bu qaydaların 1-ci maddəsi ilə nəzərdə tutulmayan hallar.
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. Aşağıda göstərilən hallarla əlaqədar tələblər sığorta təminatına daхil еdilmir:
3.1. Qəsdən və şüurlu surətdə törədilən hadisələr;
3.2. Müqavilə şərtlərinə və yaхud хüsusi bir müqaviləyə əsaslanıb sığortalının öz mülki məsuliyyət həddini aşması;
3.3. Müharibə, hərbi əməliyyatlar, istila, хarici düşmən basqını (müharibə еlan еdilib-еdilməməsindən asılı оlmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan, iхtişaş və bunların qarşısının alınması və ya yatırılması məqsədilə kеçirilən inzibati və hərbi tədbirlər;
3.4. İşəgötürənin fəaliyyət sahəsinə daхil dеyildirsə, hər hansı nüvə partlayışı, radiasiya və işəgötürənin fəaliyyət sahəsinə daхil оlub-оlmamasından asılı оlmayaraq radiaktiv çirklənmələr və bunlarla əlaqədar görülən hərbi və inzibati tədbirlər.
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. 5.1. Müharibə, istila, düşmən basqını, vətəndaş müharibəsi, çevriliş və bunların yatırılması və ya qarşısının alınması məqsədi ilə görülən hərbi və inzibati tədbirlərdən istifadə edilən oğurluq, basqın və bu cinayətlərə təşəbbüsdən meydana gələn zərərlər;
5.2. Hər hansı nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmələr və bunların nəticələrinin aradan qaldırılması məqsədi ilə keçirilən hərbi və inzibati tədbirlərdən istifadə edərək baş verən oğurluq, basqın və ya bu cinayətlərə təşəbbüsdən meydana gələn zərərlər;
5.3. Səlahiyyətli orqanlar tərəfindən sığortalanmış əşyalar üzərində tədqiqat aparılmasından istifadə edərək baş verən oğurluq, basqın və ya bu cinayətlərə təşəbbüsdən meydana gələn zərərlər;
5.4. Sığortalı ilə yaşayan şəxslər tərəfindən edilən oğurluq və təxribat;
5.5. Oğruların sığortalanmış yerlərə daxil olduqları zaman törətdikləri yanğın, partlayış və su basmasından meydana gələn zərərlər;
5.6. Sığorta müqaviləsinə əlavə edilmiş siyahıda göstərilən mal və əşyaların yerində olmaması.
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. Əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi və əsas şərtlərin müddəalarına əsasən təminat verilməmiş risklərin səbəb olduğu gəlir itkisinə bu sığorta ilə təminat verilmir.
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. 4.1. Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:
4.1.1. hər hansı qazma və ya hasilat avadanlığının məhv olması və ya zədələnməsi;
4.1.2. hər hansı quyunun və ya quyuların, qazma çuxurunun və ya çuxurlarının məhv olması və ya zədələnməsi;
4.1.3. istismarın dayanması və/və ya gecikməsi (hasilatda gecikmə və ya təxirə salınma da daxil edilir) və/və ya hasilata zərərin ortaya çıxması (o cümlədən, lay təzyiqinin azalması) və hər hansı layın və ya lay təzyiqinin itməsi və ya azalması ilə əlaqədar xərclər
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR. 2.1. Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:
a. hər hansı bir qazma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması;
b. gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və/və ya quyunun məhsuldarlığının dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı layın və ya lay təzyiqinin itməsi və ya azalması;
c. hər hansı köməkçi quyunun və yaxud onun bir hissənin bərpası və ya təkrar qazılması məqsədi ilə çəkilən xərclər və məsrəflər;
d. bu sığorta müqaviləsinin A bölməsi ilə təmin olunmuş itki və ya zərər meydana çıxmazdan əvvəl müvəqqəti olaraq bağlanmış və ya ləğv edilmiş və itki və ya zərər meydana çıxdığı anda hələ də müvəqqəti olaraq bağlı və ya ləğv edilmiş vəziyyətdə xxxx hər hansı bir quyunun quyu daxili avadanlığı və yaxud təkrar qazılması və/və ya təkrar tamamlanması.