We use cookies on our site to analyze traffic, enhance your experience, and provide you with tailored content.

For more information visit our privacy policy.

Sığorta ödənişinin hesablanması qaydası Nümunə Maddələri

Sığorta ödənişinin hesablanması qaydası. Sığortalanmış maraqlara vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
Sığorta ödənişinin hesablanması qaydası. Sığortlanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı yollarla həyata keçirilir: 26.1 Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləğinin miqdarı çıxılmaqla zərərlərə təminat verilir; 26.2 Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz. 26.3 Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə da təminat verilmiş olarsa və bu təminat barədə Sığortaçıda sığorta müqaviləsi bağlanmazdan əvvəl məlumat olarsaşərikli sığorta əsasları tətbiq edilir; 26.4 Son təmir xərclərinin bir hissəsini təşkil etməyən müvəqqəti təmir xərcləri üçün sığortaçı ödəniş vermir. 26.5 Sığorta müqaviləsində sığortalının kommersiya fəaliyyətinin spesifık xüsusiyyətlərinə uyğun olaraq başqa bir hesab forması və izahat nəzərdə tutulmamışdırsa, sığorta ödənişi, ümumi maliyyə dövriyyəsindəki azalma və fəaliyyət xərclərinin artması nəticəsində meydana gələn xalis gəlir itkisindən, təminat müddəti ərzində xalis gəlirdən ödənilməli xxxx, xxxxx hadisə baş verməsinə görə ödənilməyən və ya qənaət edilən fəaliyyət xərcləri çıxılmaqla hesablanır. 26.6 Ümumi maliyyə dövriyyəsinin azalması nəticəsində meydana gələn xalis gəlir itkisi: xalis gəlir nisbətinin, təminat müddəti ərzində və hadisə baş verməsinə görə azalmış xxxx dövriyyə məbləğinə (standart dövriyyə ilə əldə olunan dövriyyə arasındakı fərqə) tətbiq edilməsi yolu ilə hesablanan məbləğdir. 26.7 Müəssisənin maliyyə xərclərindəki artımın səbəb olduğu xalis gəlir itkisi: Dövriyyədəki azalmanın qarşısını almaq məqsədilə zəruri və qəbul edilə bilən maliyyə yardımıdır. Xxxxx bu xxxxx təminat müddəti ərzində baş vermiş olmalı və azalmasının qarşısı alınan dövriyyə məbləğinə xalis gəlir nisbətinin tətbiq edilməsi ilə hesablanacaq məbləğdən artıq olmamalıdır. 26.8 Sığorta şəhadətnaməsində göstərilən bütün hesablamalarda ƏDV istisna edilir. 26.9 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta ödənişi Azərbaycan Respublikasının valyutasında ödənilir. Sığorta məbləği xarici valyutada müəyyən edilibsə, sığorta ödənişi Milli Bankın sığorta hadisəsinin gününə xxxx valyuta məzənnəsi ilə ödənilir. 26.10 Aşağıdakı hallarda Sığortaçı ödənişin müddətini uzatmaq hüququnu əldə edir: 26.10.1 Sığortalının (və ya Sığorta Olunanın) sığorta ödənişini almaq hüququnun olmasında Sığortaçının şübhəsi yarandığı halda – Sığortalı (və ya Sığorta Olunan) tərəfindən lazımi sübutların təqdim olunmas...
Sığorta ödənişinin hesablanması qaydasıSığorta ödənişi.
Sığorta ödənişinin hesablanması qaydası. Sığortlanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı yollarla həyata keçirilir: 37.1. Natamam sığorta zamanı – sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir; 37.2.Sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləğinin miqdarı çıxılmaqla zərərlərə təminat verilir; 37.3.Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi məbləği sığorta məbləğini aşa bilməz.
Sığorta ödənişinin hesablanması qaydası. 19.1. Ödənişinin məbləği aşağıdakı şərtlər daxilində müəyyən edilir: 19.1.1. Qismi zərər halında: Sığortaçı sığorta olunan predmetlərin hadisədən əvvəlki işlək vəziyyətinə gətirilməsi üçün xxxxx xxxx xərcləri və təmir işlərinin aparılması üçün demontaj və təkrar-montaj xərcləri, təmir emalatxanasına aparıb-gətirmə normal nəqliyyat xərcləri, əgər varsa, gömrük, vergi və rüsum ödəmələri ödəyir, bu şərtlərə ki, bütün belə xərclər sığorta məbləğinə daxil edilmişdir. Təmir işi ilə əlaqədar zədələnmiş hissənin yerinə yeni hissə qoyulması ilə əlaqədar amortizasiya çıxılmır və buna görə də ödənişin məbləği azaldılmır, xxxxx qalıqların dəyəri ödəniş məbləğindən çıxılır. Yuxanda göstərilən təmir xərclərin cəmi məbləği həmin sığorta predmetinin hadisə baş verdiyi tarixdəki xxxx qiymətinə bərabər və ya ondan artıq olarsa, sığorta predmeti tam zərərə uğramış hesab edilir və ödəniş hazırkı qaydalarının 20.1.2. bəndində nəzərdə tutulan qaydada hesablanır.
Sığorta ödənişinin hesablanması qaydası. Sığortalanmış maraqlara vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir: 34.1. Qismən sığorta zamanı – zərərin sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsi müəyyən edilir; 34.2. Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - zərərin həcmi azadolma məbləğinin miqdarı çıxılmaqla müəyyən edilir; 34.3. Sığorta müqaviləsində (şəhadətnamədə) məsuliyyətin həddləri nəzərdə tutulmuşdursa, hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin maksimum miqdarı göstərilmiş həddi aşa bilməz; 34.4. hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.

Related to Sığorta ödənişinin hesablanması qaydası

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığorta predmeti 4.1. Şəkər çuğunduru bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Əsas anlayışlar Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

  • Ümumi müddəalar 2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. 2.2. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir. 2.3. Xxxxxx müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir. 2.4. «Müştəri»nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən «Bank» tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilə bilər. PİN-kod «Müştəri»nin imzasının analoqu hesab olunur. «Müştəri» tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. 2.5. Kart və PİN-kod xxxx qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir. 2.6.Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.

  • Tərəflərin məsuliyyəti 22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.