SIĞORTA MÜQAVİLƏSİ Nümunə Maddələri

SIĞORTA MÜQAVİLƏSİ. Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi müvafiq sığorta haqqı müqabilində sığorta obyektinin məruz qala bildiyi müəyyən risklərin baş verməsi nəticəsində, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, dəyən zərərin əvəzinin və ya müəyyən bir hadisənin baş verməsi ilə hər hansı pul məbləğinin Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
SIĞORTA MÜQAVİLƏSİ. Maddə 6.Sığorta müqaviləsinin bağlanması
SIĞORTA MÜQAVİLƏSİ. 9. SIĞORTA MÜQAVILƏSI
SIĞORTA MÜQAVİLƏSİ. 8.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
SIĞORTA MÜQAVİLƏSİ. 2.1. Bu qaydalar əsasında bağlanılan sığorta müqaviləsinə görə 1 yaşdan 65 yaşa qədər Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər sığortalı (sığorta olunan) ola bilərlər. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, 65 yaşdan yuxarı vətəndaşlar, I və II qrup əlillər, sığortalı ola bilməzlər.
SIĞORTA MÜQAVİLƏSİ. 8.1.Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, sığorta ödənişinin Sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sazişdir. 8.2.Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müəyyən olunmuş formada yazılı ərizəni Sığortaçıya təqdim edir. 8.3.Sığorta müqaviləsi yazılı şəkildə tərtib edilir və bir sənədin tərtib olunması və ya Sığortaçı tərəfindən Sığortalıya onun ərizəsi əsasında Sığortaçı tərəfindən imzalanmış Sığorta Şəhadətnaməsinin (hazırkı Qaydalar əlavə olunmaqla) təqdim olunması yolu ilə bağlana bilər. 8.4.Sığorta müqaviləsinin əsli sığorta haqqının tam və ya birinci ödənişinin Sığortaçının hesabına köçürüldüyü gündən 5 iş günü ərzində Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. 8.5.Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (şəhadətnamənin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin yeni nüsxəsinin (dublikatının) verilməsinə görə rüsum ödənilmir. Sığorta müqaviləsinin yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi etibarsız hesab olunur. 8.6.Sığorta müqaviləsi ilə digəri nəzərdə tutulmayıbsa müqavilə sığorta haqqının və ya onun birinci ödənişinin ödənilməsi anından qüvvəyə minir. 8.6.1.Əgər sığorta müqaviləsi ilə onun qüvvəyə minməsi sığorta haqqının və ya birinci ödənişin ödənilməsi anından fərqli digər andan müəyyən edilibsə sığorta haqqının və ya birinci ödənişinin sığorta müqaviləsində sığorta haqqının və ya birinci ödənişin ödənilməsi günü kimi müəyyən olunmuş tarixdən 10 gün ərzində ödənilmədiyi halda Sığortaçı 15 günlük əlavə ödəmə müddətini təyin edə bilər. Bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə Sığortaçı sığorta müqaviləsindən imtina etmək hüququna malikdir. Əgər sığorta müqaviləsi sığortaçının hazırkı bəndin şərtlərinə əsasən müqaviləni ləğv etmək hüququnun yaranması anına qədər qüvvəyə minməyibsə, müqavilə qüvvəyə minməmiş hesab olunur və tərəfləri üçün heç bir hüquqi nəticələr yaratmır.
SIĞORTA MÜQAVİLƏSİ. Hazırkı Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə Sığortaçı, Sığortalının ödədiyi müvafiq sığorta haqqı müqabilində, sığorta müqaviləsi ilə şərtləşdirilmiş sığorta hadisəsinin baş verməsi ilə əlaqədar Sığorta olunan şəxsə tələb olunan tibbi xidmətin göstərilməsini sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq təşkil etmək və bununla bağlı yaranan xərclərin əvəzini, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən (limit və sub-limitlərdən) xxx olmaması şərtilə, ödəmək öhdəliyini öz üzərinə götürür.
SIĞORTA MÜQAVİLƏSİ. 9.1. Sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında yazılı formada bağlanan, sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, dəymiş real zərərin əvəzinin sığortaçı tərəfindən sığortalıya (və ya sığorta olunana, və ya faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
SIĞORTA MÜQAVİLƏSİ 

Related to SIĞORTA MÜQAVİLƏSİ

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: