Sığorta məbləği Nümunə Maddələri

Sığorta məbləği. 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.
Sığorta məbləği. 31.1. Avtomobilin sığortası üzrə müəyyən olunan sığorta məbləği sığortalanan avtomobilin bazar dəyərindən artıq ola bilməz. 31.2. Avtomobilin sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə eyni risklərdən iki və ya daha xxx sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır. 31.3. Avtomobil sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
Sığorta məbləği. 4.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin həddidir. 4.2. Tərəflər arasında qiymətləndirmə zamanı başqa şərtlər nəzərdə tutulmamışdırsa, yükün yüklənmə tariхindəki dəyəri və daşınma vasitəsinə yüklənənə qədər çəkilən bütün хərclərin cəmi yükün sığorta dəyərini əmələ gətirir. Tərəflərin qarşılıqlı razılığına əsasən nəqliyyat haqqı, daşıma zamanı və yükün ünvanlandığı son məntəqədə çəkilən хərclər də sığorta dəyərinə əlavə еdilə bilər. Nəqliyyat haqqı və yuхarıda göstərilən хərclər sığorta еtdirilmiş olsalar da, hadisə baş vеrdiyinə görə həmin хərclərin çəkilməyən hissələrinə görə ödəniş vеrilmir. 4.3. Xxx sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir. 4.4. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır. 4.5. Sığorta məbləği sığortanın qüvvədə olduğu müddət ərzində baş vеrən bütün sığorta hadisələri ilə əlaqədar vеrilən sığorta təminatı üzrə ödənişin maksimum miqdarını müəyyən еdir.
Sığorta məbləği. 46.1. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası müqaviləsi üzrə sığorta məbləği tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən olunur. 46.2. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası üzrə sığorta məbləği avtomobilin bir oturacaq yeri, yəni bir sığorta olunan üçün sığorta məbləğini ifadə edir.
Sığorta məbləği. 15.1 Sığorta məbləği Sığorta müqaviləsinə əsasən, Sığortalı tərəfindən müstəqil seçilmiş tibbi sığorta proqramına uyğun olaraq müəyyənləşdirilir. 15.2 Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanların sığorta məbləği, stomatoloji yardım və dərman təchizatı limitləri illik sığorta məbləğinin, stomatoloji yardım və dərman təchizatı limitlərinin 16.2.1 bəndində göstərilən faizləri nisbətində hesablanır.
Sığorta məbləği. 3.1. Sığorta məbləği sığortaçı ilə sığortalı arazisində razılaşdırılaraq müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 3.2. Sığorta ödənişi verildikdən sonra sığorta məbləği ödənilmiş məbləğ həcmində azalır. Sığorta məbləğinin azaldılması sığorta hadisəsi baş verdiyi tarixdən tətbiq olunur. Sığortalı əlavə sığorta haqqı müqabilində ilkin sığorta məbləğini bərpa edə bilər.
Sığorta məbləği. 4.1. Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti (sığorta dəyəri) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 4.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir. 4.3. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
Sığorta məbləği. 9.1. Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Sığorta məbləği Sığortaçı tərəfindən Sığortalı ilə razılaşma əsasında müəyyən edilir və Sığorta müqaviləsində (şəhadətnaməsində) göstərilir. 9.2. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta məbləği bu sığortanın qüvvədə olduğu müddət ərzində baş verən bütün sığorta hadisələri üzrə verilə biləcək sığorta ödənişinin maksimum məbləğini müəyyən edir.
Sığorta məbləği. 14.1 Sığorta məbləği, sığorta müqaviləsinə əsasən, Sığortalı tərəfindən seçilmiş tibbi sığorta proqramına uyğun olaraq müəyyənləşdirilir; 14.2 Bir ildən az sığorta müddəti üçün hər bir sığorta olunan üzrə sığorta məbləği tam il üçün sığorta məbləğinə bərabərdir; 14.3 Sığоrtаlının Sığоrtаçı ilə rаzılаşmаsına əsаsən sığоrtа müqаviləsinin müddəti ərzində sığоrtа məbləğini аrtırа və yа müqaviləyə əlаvə saziş bаğlаmаq yоlu ilə və sığоrtа hаqqının əlаvə hissəsini ödəməklə, tibbi prоqrаmdа təqdim оlunmuş хidmətlər siyаhısını аrtırmаq hüququnа mаlikdir; 14.4 Tibbi хidmətlərin dəyəri sığоrtа məbləğini аşаrsа, Sığоrtаlı Sığоrtаçıyа əlаvə vəsаit ödəməsi hеsаbınа yаrdım göstərilə bilər. Bu təqdirdə Sığоrtаçı və Sığоrtаlı əlаvə sаziş bаğlаyır və Sığоrtаlı Sığоrtаçının tibb müəssisənin qiymət cədvəlinə əsаsən əlаvə хidmət hаqqını ödəyir.
Sığorta məbləği. 18.1. Sığorta məbləği sığorta olunanla sığortaçı arasında razılaşdırılma yolu ilə müəyyənlşdirilir.