Sığorta ödənişinin həyata keçirilməsi qaydası Nümunə Maddələri

Sığorta ödənişinin həyata keçirilməsi qaydası. 39.1. Sığorta ödənişi qanunvericiliklə zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş həcmdə hesablanır. 39.2. Sığorta hadisəsinin baş verməsi, zərərçəkənin sığorta ödənişi almaq hüququnun və Sığortalının onu ödəmək vəzifəsinin olması, sığorta hadisəsi ilə dəyən zərər, həmçinin zərərin həcmi arasında səbəb əlaqəsinin mövcudluğu barədə mübahisə yaranmadıqda, irəli sürülmüş tələb təmin edilir və sığorta ödənişi məhkəmədənkənar qaydada həyata keçirilir. 39.3. Bu halda zərərin həcmini və sığorta ödənişi məbləğini, zərərin vurulması faktı və nəticələri haqqında səlahiyyətli orqanın (tibb müəssisəsinin, həkim-əmək ekspert komissiyasının, sosial təminat orqanlarının və s.) sənədləri əsasında, həmçinin çəkilən xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla Sığortaçı müəyyən edir. Sığorta ödənişi məbləğinin müəyyən olunması üçün zəruri hallarda Sığortalı da dəvət oluna bilər. Sığortaçı bu Qaydalarda göstərilmiş sığorta hadisəsi nəticəsində dəyən faktiki zərərin müəyyən edilməsi üçün müstəqil ekspertləri cəlb etmək hüququna malikdir. 39.4. Bu Qaydaların 39.2-ci bəndində sadalanan hallar barədə mübahisə yaranarsa, sığorta ödənişi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. 39.5. Sığortalının sığorta hadisəsi ilə bağlı Sığortaçı ilə razılaşdırılmış əlavə xərclərinin (məhkəmə xərclərinin) əvəzinin ödənilməsi halları istisna olmaqla, Sığortaçı sığorta ödənişini bu Qaydalardakı mənada zərər çəkmiş üçüncü şəxsə verir. 39.6. Sığorta ödənişinin məbləğinə aşağıdakılar daxildir: 39.6.1. Fiziki şəxsin sağlamlığına zərər dəydikdə və ya o öldükdə: 39.6.1.1. əmək qabiliyyətinin itirilməsinə və ya şikəstlik, yaxud səhhətinə dəyən digər zərər nəticəsində azalmasına görə zərərçəkənin itirdiyi qazanc; 39.6.1.2. səhhətin bərpası üçün xxxxx xxxx əlavə xərclər (gücləndirilmiş qidalanma, sanatoriya-kurort müalicəsi, kənar qulluq, protezləşdirmə, nəqliyyat xərcləri, ödənişli tibbi xidmətlərə çəkilən xərclər və s.) 39.6.1.3. qazancın elə bir hissəsi ki, zərərçəkənin ölümü nəticəsində onun himayəsində xxxx və ya ondan təminat almaq hüququna xxxxx xxxx əmək qabiliyyətsiz şəxslərin ondan məhrum olmuşlar; 39.6.1.4. şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirinin dərəcəsinin müəyyənləşdirilməsi üzrə çəkilən məqsədəuyğun xərclər; 39.6.1.5. məhkəmə orqanlarında xxxxx edilən sığorta hadisəsi ilə bağlı işlərin aparılması üzrə xərclər; 39.6.1.6. sığorta hadisəsi nəticəsində zərər çəkən şəxsin həyatının və əmlakının...
Sığorta ödənişinin həyata keçirilməsi qaydası. 18.1. Sığorta hadisəsinin ödənişi aşağıda göstərilmiş qaydada həyata keçirilir: 18.1.1. Sığorta hadisəsi baş verən zaman Sığortalı Asistans şirkəti ilə əlaqə saxladığı halda Sığorta müqaviləsinə müvafiq olaraq Sığorta olunana göstərilən tibbi xidmətlərin haqqı Assistans Şirkəti tərəfindən tibb müəssisəsinə ödənilir. 18.1.2. Sığorta olunan ona göstərilən tibbi xidmətə görə özü nəğd ödəniş etdiyi halda: Sığorta olunan tərəfindən tibb müəssisəsi göstərilməklə, ödənilmiş hesabın əsli, göstərilən xidmətlərin siyahısı və qiymətləri, qəbz, göndəriş, ambulator və ya stasionar xəstənin tibbi kartından çıxarış əlavə olunmaqla ərizə təqdim edildikdə Sığortaçı tibbi xidmətlərə görə (əgər belə xidmət Sığortaçı tərəfindən təşkil edilmiş və ya razılaşdırılmışdırsa) Sığorta olunan tərəfindən ödənilmiş müvafiq tibbi xərclərin əvəzini Sığorta olunana ödəyir. 18.2. Sığorta olunanın ərizəsi Azərbaycana qayıtdığı gündən bir aydan gec olmayan müddətdə Sığortaçıya təqdim edilir. Ödəniş Sığorta olunan tərəfindən bu Qaydaların 17-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunun təqdim edilməsindən sonra 7 iş günü ərzində həyata keçirilir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edilir. 18.3. Sığorta ödənişi hesablanarkən sığorta müqaviləsi ilə nəzərdə tutulmuş bütün azadolmalar ödəniş məbləğindən çıxılır.
Sığorta ödənişinin həyata keçirilməsi qaydası. 13.1. Müqavilə bağlanarkən razılaşdırılan sığorta məbləğinin ödənişi Sığortaçı tərəfindən faydalanan şəxsə yalnız sığorta haqqının müqavilə ilə müəyyən edilmiş miqdarda və qaydada ödənilmiş olması şərtilə verilir. 13.2. Sığorta ödənişi aşağıdakı sənədlər təqdim edildiyi halda həyata keçirilir: a) sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya xxxxxxxxxx şəxsin Sığortaçıya ünvanladığı sığorta tələbi; b) sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; c) sığorta şəhadətnaməsi (sığortalanma haqqında ərizəsi və əlavələri ilə); d) sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədin surəti; e) xxxxxxxxxx şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin sürəti; f) sığorta olunan vəfat etdikdə, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
Sığorta ödənişinin həyata keçirilməsi qaydası. 2.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığоrta ödənişinin həcmi əmək qabiliyyətinin itirilməsinin müddəti, dərəcəsi və təyin olunan əllilik dərəcəsindən asılı оlaraq, sığоrta şəhadətnaməsində müəyyən edilir: 2.1.1. I dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnən bədbəxt hadisə və/və ya xəstəlik - 100% həcmində - birdəfəlik şəkildə; 2.1.2. II dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnən bədbəxt hadisə və/və ya xəstəlik - sığorta şəhadətnaməsində qeyd edilmiş faiz dərəcəsi həcmində; 2.1.3. III dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnən bədbəxt hadisə - sığorta şəhadətnaməsində qeyd edilmiş faiz dərəcəsi həcmində; 2.1.4. Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi ilə nəticələnən bədbəxt hadisə: əmək qabiliyyətinin bədbəxt hadisə nəticəsində müvəqqəti tam itirilməsi zamanı əmək qabiliyyətinin itirilməsinin müqavilədə göstərilmiş təqvim günündən başlayaraq, müqavilədə göstərilmiş müddət ərzində əmək qabiliyyətinin tam itirilməsinin hər gününə görə müqavilə ilə müəyyən edilmiş məbləğin və yaxud bu risk üzrə sığorta məbləğinin müəyyən faizinin ödənilməsi; 2.1.5. Əmək qabiliyyətinin qismən itirilməsi ilə nəticələnən bədbəxt hadisə nəticəsində bədən xəsarətin alınması - cədvələ əsasən sığorta məbləğinin müəyyən edilmiş faizin ödənilməsi: Aşağı çənənin və ya yuxarı çənə sümüyünün yarısının çıxarılması 40% Bir xxxxx xxx itirilməsi 40% Bir qulağın tam karlığı 30% Bir əlin və ya bir biləyin tam itirilməsi 60% 50% Yuxarı ətrafın tam iflici ( sinirlərin sağalmaz zədələnməsi) 65% 55% Qoltuqaltı sinirin tam iflici 20% 15% Çiyinin ankilozu 40% 30% Əlverişli mövqedə dirsəyin ankilozu (düz bucaq altinda 15 dərəcə) 25% 20% Əlverişsiz mövqedə dirsəyin ankilozu 40% 35% Xxxx sinirin tam iflici 45% 35% Mil sinirinin tam iflici 40% 35% Xxxx mil sinirinin tam iflici 20% 15% Dirsək sinirinin tam iflici 30% 25% Əlverişli mövqedə biləyin ankilozu (düz və pronasiyada) 20% 15% Əlverişsiz mövqedə biləyin ankilozu (bükülmə və ya dartılma və supinasiyada) 30% 25% Baş barmağın tam ankilozu 20% 15% Şəhadət barmağının tam amputasiyası 15% 10% Şəhadət barmağının iki falanqasının tam itirilməsi 10% 8% Baş və şəhadət barmaqlarının eyni zamanda amputasiyası 35% 25% Baş və şəhadət barmağından başqa digər bir barmağın itirilməsi 25% 20% Baş və şəhadət barmağından başqa digər iki barmağın itirilməsi 12% 8% Budun aşağı 1/3 hissəsindən yuxarı aşağı ətrafın tam itirilməsi 60% Budun 1/3 hissəsindən aşağı, aşağı ətrafın tam itirilməsi 50% Pəncənin tam itirilməsi...
Sığorta ödənişinin həyata keçirilməsi qaydası. 3.1. Sığorta ödənişinin həyata keçirilməsi üçün sığortalı sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir: 3.1.1. Sığorta şəhadətnaməsi; 3.1.2. Müəyyən edilmiş formada ərizə; 3.1.3. Qanunvericiliklə səlahiyyət verilmiş qurum tərəfindən verilən əlilliyi təsdiq edən sənədin təsdiq edilmiş surəti və müvafiq tibb müəssisələri tərəfindən verilmiş tibbi sənədlərdən çıxarışlar; 3.1.4. Sığorta hadisəsi bədbəxt hadisə nəticəsində baş veribsə, bədbəxt hadisə faktını və onun baş vermə şəraitini müəyyənləşdirmək üçün tələb olunan sənədlər.

Related to Sığorta ödənişinin həyata keçirilməsi qaydası

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • Sığorta predmeti 4.1. Şəkər çuğunduru bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Ümumi müddəalar 2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. 2.2. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir. 2.3. Xxxxxx müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir. 2.4. «Müştəri»nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən «Bank» tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilə bilər. PİN-kod «Müştəri»nin imzasının analoqu hesab olunur. «Müştəri» tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. 2.5. Kart və PİN-kod xxxx qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir. 2.6.Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.

  • Əsas anlayışlar Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

  • Tərəflərin məsuliyyəti 22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.